30 May 2023
Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür

Adı: Əli (ə)
Məşhur ləqəbi: Riza
Künyəsi: Əbulhəsən
Atası: Musa (ə)
Anası: Nəcmə
Doğum tarixi: 148-ci hicri qəməri ili, 11 zilqədə
Doğulduğu yer: Mədinə
İmamət müddəti: 20 il
Ömrü: 55 il
Şəhadət tarixi: 203-cü hicri qəməri ili, səfər ayının axırı
Qatili: Məmun həzrəti zəhərləmişdir
Dəfn olduğu yer: Məşhəd şəhəri
İmam Rizanın (ə) ata və anası
İmam Rizanın (ə) atası imam Musa ibn Cəfər (ə), anası isə Nəcmədir.
Nəcmə imam Kazimlə (ə) ailə qurmazdan əvvəl Həmidədən İslam əxlaqı və qayda-qanunlarını öyrənmişdi. O, din, istedad və ağıl cəhətindən qadınların ən yaxşısı idi. Həmidə deyir: "Nəcmə bizim evə gələndə Peyğəmbəri (s) yuxuda gördüm. Həzrət mənə buyurdu: "Ey Həmidə! Nəcməni oğlun Musaya (ə) bağışla (onunla evləndir). Şübhəsiz, tezliklə Yer üzünün ən yaxşı insanı ondan dünyaya gələcək".
Mən bu göstərişə əməl edib Nəcməni oğlum Kazimlə (ə) evləndirdim. İmam Riza (ə) da ondan dünyaya gəldi".
Nəcmə Allahın zikrinə, münacata və ibadətə o qədər vaxt ayırırdı ki, imam Rizaya (ə) süd verdiyi müddətdə qohumlarına deyir: "Dayə tutmaqla mənə kömək edin".
Ondan soruşdular ki, sənin südünmü azalıb?
O cavabında deyir: "And olsun Allaha, südüm azalmayıb. Ancaq mən bu uşağa himayəçilik edəndən yerinə yetirmək istədiyim namaz və təsbihlərim azalıb. Daha artıq ibadət və münacatlar yerinə yetirmək üçün kömək istəyirəm".
İmamın Riza adlanmasının səbəbi
İmam Əli ibn Musanın (ə) məşhur ləqəbi Rizadır (ə). Rəvayətdən belə bəlli olur ki, o həzrətin Riza adlanmasının bir neçə səbəbi vardır:
1. O həzrət Allahın asimanda razı olduğu, Peyğəmbərin (s) və məsum imamların (ə) Yer üzündə razı olduğu və bəyəndiyi bir şəxsdir.
2. Şiə və əhli-sünnə, hətta, müxaliflər də ondan razı olmuşlar.
3. O həzrət Allahın razılığına razı idi. Səbr məqamından da üstün olan bu gözəl və dəyərli məqam imam Rizada (ə) daha açıq-aydın görünürdü. Rəvayət olunub ki, o həzrətin üzüyünün qaşında bu cümlə həkk olmuşdu: "Maşaəllahu la qüvvətə illa billah" (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).
Qeyd etmək lazımdır ki, bütün məsumlar Allahın razılığına razı olmuşlar, Allah da onlardan razı olmuşdur. Ancaq imam Rizanın (ə) yaşadığı dövrdə belə bir əxlaqa malik olmaq İslam üçün çox zəruri və dəyərli idi. Ona görə də bu məsələ həzrətdə daha çox büruz etdi, dövrünün mürəkkəb çətinliklərini səbr, tədbir və xüsusi dözümlülüklə həll etdi.
Məmunun imam Rizanı (ə) Tusa dəvət etməsi
Məmun əvvəlcə imam Rizanı (ə), Əli (ə) nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.
İmam Riza (ə) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun və İmam Riza (ə) arasında çoxlu məktublaşmalar baş tutduqdan və Məmunun təhdidindən sonra nəhayət, o, həzrət Əlinin (ə) nəslindən olan bir dəstə tanınmış şəxslərlə birlikdə Mərv istiqamətində hərəkət etdi.
Məmun, İmam Rizanın (ə) karvanını gətirmək vəzifəsinə təyin olunmuş məmura tapşırmışdı ki, karvandakılara, xüsusən də, İmam Rizaya (ə) hörmət etsin. Ancaq imam Riza (ə) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi.
O həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını toplayıb, onlardan onun halına ağlamasını istəmiş və buyurmuşdur: "Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam".
Sonra Peyğəmbərlə (s) vidalaşmaq məqsədilə o həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (s) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Sistani yazır: "Bu zaman o həzrətin (imam Rizanın) yanına gəlib salam verərək onun üçün uğurlu səfər dilədim. İmam buyurdu: "Mənə yaxşı-yaxşı bax, cəddimin yanından uzaqlaşıb qürbətdə öləcəyəm və Harunun yanında dəfn olunacağam".
İmam Rizanın (ə) Nuşapurda qoca qadının evində qonaq qalması
Məmunun göstərişinə uyğun olaraq imamın karvanı İrana tərəf yola düşdü. Karvan Nişapura çatdıqda camaat küçələrə axışdı, həzrətin dəvəsinin ətrafına toplaşdılar. Hamı imamı gördüyünə görə sevinirdi. Çoxları sevincindən ağlayırdı. Hər kəs imamla söhbət etmək, öz sualına cavab almaq istəyirdi. Şəhərin böyüklərindən bir neçə nəfər irəli gəlib dedilər: "Ey Peyğəmbərin övladı! Bizim şəhərimizə xoş gəlmisən. Biz hamımız səni qarşılamağa hazırıq. Bizim evimizə gəl, qonağımız ol".
İmam Riza (ə) camaata baxdı. Divarın qırağında qoca bir qadın dayanmışdı. O, imamı görə bildiyinə görə ağlayırdı. Həzrət ona tərəf getdi və buyurdu: "Mən bu qoca qadının evinə gedirəm".
Qoca qadının sevincdən gözləri parladı. Çadrasının ucu ilə yaşla dolmuş gözlərini sildi. O, gözləmədiyi bir xəbərdən özünü itirmiş, dili söz tutmurdu. "Qədəmlərin gözüm üstə olsun, ey Fatimənin oğlu, buyur"-dedi. Onlar yola düşdülər və qarının evinə çatdılar. İmam dəvəsindən endi və qarının evinə daxil oldu. Həzrət Nişapurda olduğu müddətdə onun evində qaldı. Camaat dəstə-dəstə qarının evinə gəlir və imamla görüşürdülər.
İmam artıq yoluna davam etmək istəyirdi. Qarı həyətdə oturmuşdu. Həzrət cibindən bir badam dənəsı çıxardıb, həyətin bağçasında əkdi və qarıya buyurdu: "Bu badam dənəsi şitil olacaq və böyük bir ağaca çevriləcək. Bu da mənim sənin evində yadigarım".
Həzrət bunu deyib, evdən çıxdı.
Sonralar imamın buyurduğu kimi badam dənəsi şitil oldu və yavaş-yavaş böyüyüb, ağac oldu. Qarı hər vaxt imam üçün darıxsaydı, ağacın budağından yapışar və salavat göndərərdi.
İmamın paytaxta çatması
İmam Rizanın (ə) karvanı şəvval ayının onunda Mərv şəhərinə çatdı. Şəhərdən neçə fərsəx kənarda Məmun, Fəzl ibn Səhl və Bəni Abbasdan olan digər əmirlər və böyüklər imamı qarşılamağa çıxaraq böyük hörmətlə karvanı şəhərə daxil edirlər.
Məmunun göstərişinə əsasən, rahatlıq üçün lazım olan hər cür şərait imamın ixtiyarına qoyulmuşdu. Bunlar hamısı Məmunun məkirli planı idi.
Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra imam Riza (ə) ilə Məmun arasında müzakirələr başladı və Məmun xilafəti qəbul etməyi imam Rizaya (ə) təklif etdi. Məmunun əsil məqsədindən xəbəri olan imam bu təklifdən ciddi şəkildə imtina etdi. Fəzl ibn Səhl heyrətlə deyir: "Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Rizaya (ə) verir, o isə hakimiyyəti qəbul etmirdi".
İmam Rizanın (ə) xilafəti qəbul etməyəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: "İndi ki belədir, onda vəliəhdliyi qəbul et!"
İmam Riza (ə) buyurdu: "Məni bu işdə də üzürlü hesab et".
Ancaq Məmun bu dəfə imamın üzrünü qəbul etməyib, sərt və qəzəbli halda dedi: "Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Ömər həm də vəsiyyət etmişdi ki, kim müxalifətçilik edərsə, boynu vurulsun. İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm".
Məmun əslində bu sözlərlə imamı hədələyirdi. Sonra daha açıq şəkildə imamı təhdid edib dedi: "Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki, əgər vəliəhdlikdən imtina etsən, səni zorla onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən, səni öldürəcəyəm".
İmam Riza (ə) məcbur olub məsləhət üzündən Məmunun təklifini qəbul edərək buyurdu: "Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki, ölkə işlərində bir dəfə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq, hökm və fətva vermək kimi işlərə qarışmayım".
İmam Rizanın (ə) qətiyyətli cavabları
Məmunun göstərişi ilə böyük xristian, yəhudi, sabei və digər din və məzhəblərin, habelə əqaid məktəblərinin başçıları, filosof və alimlərdən ibarət bir məclis təşkil edildi. İmam Riza (ə) da bu məclisə dəvət olundu. Həzrət Məmunun cavabında buyurdu: "Sənin məkirli niyyətindən xəbərim vardır. Sabah inşallah, məclisdə iştirak edəcəyəm". Həzrət məclisdə iştirak etdi və din alimlərinin müxtəlif suallarına cavab verdi. Müsəlmanların arasında dünyanın bütün elmləri və təfəkkürlərini dəqiqiliyi ilə bilən bir alimin olması onları heyrətə salmışdı.
İmam Riza (ə) katolikos Casəliqin sualının qarşısında həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olmasını İncil kitabı və həzrət İsanın (ə) sözləri vasitəsilə sübuta yetirdi. Casəliq imamın hikmətli sözlərini dinlədikdən sonra dedi: Həqiqətən sən deyəndir. And olsun Allaha ki, müsəlmanlar arasında sənin kimi bir şəxsin olmasına heç inanmazdım!
Yağış namazı
İmam Rizanın (ə) vəliəhd olmasından bir müddət sonra yağış yağmadı. Məmunun ətrafına toplaşmış xəbis və dünyapərəst adamlardan bəziləri şayiə yayırdılar ki, yağışın yağmaması, Əli ibn Musanın (ə) vəliəhd olmasına görədir. Bu sözlər Məmuna çatdı. O, imam Rizadan (ə) xahiş etdi ki, yağışın yağması üçün dua etsin. Həzrət bazar ertəsi gününü istisqa namazı üçün təyin edərək buyurdu: "Dünən gecə yuxuda Peyğəmbəri (s) gördüm. O, Əmir əl-möminin Əli (ə) ilə mənim yanıma gəldi və buyurdu: Oğlum, bazar ertəsi gününə qədər səbr et. Sonra həmin gün Allah dərgahından yağış istə. Allah yağış göndərəcək və camaat sənin Allah yanında olan əzəmətini başa düşəcək".
Təyin edilmiş gün yetişdi. İmam Riza (ə) səhraya getdi. Camaat da evlərindən bayıra çıxdılar. İmam namazdan sonra minbərə qalxdı və Allaha həmd edib dedi: "İlahi! Sən, biz risalət ailəsinə böyüklük və kəramət bağışladın. İnsanlar Sənin əmrinlə bizə tərəf yönəldi. Onlar Sənin rəhmət, ehsan və nemətinə ümid edirlər. Öz faydalı, geniş və zərərsiz yağışını onlara göndər. Ancaq bu dəfə camaat öz evlərinə qayıtdıqdan sonra yağışını nazil et".
Rəvayət olunur: "And olsun Allaha! Elə həmin an səmada buludlar hərəkətə gəldi, ildırım çaxdı. Camaat həyəcanlandı və yağış yağmamış öz evlərinə qayıtmağa çalışdılar. Həzrət onlara buyurdu: Sakit olun, bu buludlar sizin üçün deyil. Bunlar filan məntəqəyə aiddir. Bir azdan o buludlar getdi və başqa buludlar göyün üzünü aldı. Yenidən ildırım çaxdı. Camaat evlərinə getmək istəyəndə imam buyurdu: Bu buludlar da sizin üçün deyil. Bunlar filan məntəqənindir. Beləliklə, on dəfə bulud gəldi və oranın səmasından ötüb keçdi. İmam da bu buludların onlara aid olmadığını buyurdu. On birinci dəfə bulud gələndə imam camaata buyurdu: Allah bu buludları sizin üçün göndərmişdir. Allahın fəzl və kərəmi qarşısında şükür edin və evlərinizə dönün. Siz evlərinizə çatmayana qədər yağış yağmayacaq. Sonra isə Allahın kərəminə layiq olan bir yağış yağacaqdır. İmam bunu deyib minbərdən aşağı düşdü. Hamı evinə qayıtdı. Bu zaman bərk yağış yağdı. Bütün hovuzlar, çökəkliklər və çaylar su ilə doldu. Camaat sevinərək deyirdi: Allahın kəramətləri Peyğəmbərin övladı üçün mübarək olsun".
Sonra imam Riza (ə) camaatın yanına gəldi, onları düz yola hidayət etdi və Allahın nemətləri qarşısında şükür etməyə çağırdı.
03.06.23, 13:00
Ata qızını bıçaqladı, sonra intihar etdi 02.06.23, 14:35
BƏƏ ABŞ-ın dəniz koalisiyasından çıxıb 02.06.23, 14:33
Belçikalılar sionist rejimlə əlaqələri kəsib 31.05.23, 09:36
Hərbçimiz özünü güllələdi 30.05.23, 12:25
Polkovnik-leytenant intihar etdi 30.05.23, 09:32
İran İslam Respublikası yeni hipersəs raketi yaratdı 30.05.23, 09:30
Çin ABŞ-ın təklifini rədd etdi 30.05.23, 09:24
Türkiyə PUA-ları Ukrayna səmasından yoxa çıxıb! 30.05.23, 09:03
Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür 29.05.23, 10:03
Qubada dəhşətli hadisə 28.05.23, 09:34
Təl-Əvivdə on minlərlə sionist mitinq keçirdi 23.05.23, 11:02
"Whatsapp"dan YENİLİK - BUNDAN SONRA... 22.05.23, 09:45
Klinton: Bu, Ukraynanın sonu olacaq... 22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü 22.05.23, 09:40
ABŞ-ın beyin mərkəzi: Tehranı dayandırmaq siyasəti iflasa uğradı 21.05.23, 10:40
Medvedyev İlon Maskı Baxmuta dəvət etdi 21.05.23, 10:20
Akşənər: Əgər Ərdoğan qazansa... 18.05.23, 10:45
Rusiya: Beş "Patriot"u məhv etdik 18.05.23, 10:43
ABŞ dünyada yeganə ölkədir ki... - Zaxarova 13.05.23, 10:38
Daha neçə əsgərimiz Putin-İlham oyununun qurbanı olacaq?! 11.05.23, 10:36
Ukraynaya kömək etməyəcəyəm - Tramp 10.05.23, 11:32
National: İran və Misir münasibətləri normallaşdırmağa çalışır 09.05.23, 11:05
Bakıda 45 yaşlı kişi qətlə yetirildi: ögey oğlu saxlanıldı 08.05.23, 10:10
ABŞ-da avtomobil insanların üzərinə sürüldü: 7 ölü 07.05.23, 00:35
“Əl-Əhd” Ərdoğanın yalanını üzə çıxartdı 06.05.23, 10:17
Ağsuda 18 yaşlı gənc intihar edib 04.05.23, 23:09
ABŞ generalı İran PUA-larının gücünü belə tərif etdi 03.05.23, 10:20
Hərbçimiz özünü öldürdü 03.05.23, 10:17
Abşeronda ər arvadını bıçaqladı 29.04.23, 10:49
Üç uşaq anası intihar etdi 29.04.23, 10:36
Üç nəfər minaya düşərək həlak oldu 29.04.23, 10:18
ABŞ-da atışma: 3 nəfər öldürüldü 29.04.23, 10:17
Ukraynanın 50 hərbçisi öldürüldü - Rusiya 29.04.23, 10:15
Tramp Baydenə yeni "ad qoydu" 27.04.23, 12:21
İran BRİKS-ə qoşulur; Qərbə güclü alternativ 24.04.23, 09:54
Bakıda 41 yaşlı kişi qətlə yetirildi 23.04.23, 22:02
Etirazlardan qorxan Netanyahu Təl-Əvivdəki çıxışının ləğv etdi 19.04.23, 23:23
Suriyada sionist rejim PUA-sı məhv edildi 17.04.23, 22:58
Londonda Beynəlxalq Qüds Günü keçirildi 17.04.23, 11:06
Suriyada terrorçu Türkiyə bazası atəşə tutuldu 16.04.23, 23:31
Çikaqo küçələrində Ramazanı təbliğ edən reklam lövhələri 16.04.23, 13:15
Putin yeni qanun imzaladı... 16.04.23, 11:37
Ata və oğul qətlə yetirildi 13.04.23, 07:56
Üçüncü əhya gecəsi (Gecə ilə əlaqədar tövsiyələr) 12.04.23, 13:48
BƏƏ də Amerika orbitini tərk edir 11.04.23, 11:46
Haaretz Netanyahu hökumətini yıxıb-sürüdü 11.04.23, 08:09
Qədr gecəsinin ikinci əhyası (Gecə ilə əlaqədar tövsiyələr) 10.04.23, 12:32
Türkiyədə məsciddən çıxanlara atəş açıldı - 6 nəfər... 09.04.23, 13:22
Lapid: “israil” camiəsi dağılır 09.04.23, 13:21
İraq: Türkiyə rəsmi şəkildə üzr istəməlidir 08.04.23, 11:20
Bakıda ata oğlunu öldürdü 05.04.23, 13:51
Sionist general: İrana hücum edə bilmərik 02.04.23, 22:21
Hərbçimiz minaya düşərək həlak oldu 02.04.23, 13:52
Yəmən hökuməti qərbin Qurana hörmətsizliyinə belə cavab verdi 02.04.23, 11:15
Bakı sakini sirkə turşusu içib özünü öldürdü 02.04.23, 11:14
Los-Ancelesdə silahlı hücum olub, ölən və yaralananlar var 01.04.23, 13:31
Sionistlərin işğal olunmuş Fələstindən qaçması sürətləndi 01.04.23, 11:05
Bakıda 49 yaşlı kişi intihar etdi 01.04.23, 10:55
Bayden yenə də... 30.03.23, 13:44
Si Cinpindən kritik açıqlama: "Çin müharibəyə hazırlaşır" 30.03.23, 11:39
Bayden: Netanyahunu Ağ Evə buraxmayacağam! 28.03.23, 11:52
Zaxarovadan nüvə açıqlaması: Hüququmuz var! 28.03.23, 11:50
Ruslar Baxmutun mərkəzində... 28.03.23, 11:44
Nüvə silahımız müharibəyə qarşıdır - Kim Çen 27.03.23, 13:06
ABŞ Konqresinin Tədqiqat Mərkəzi İrana qarşı bütün tədbirlərin iflasa uğradığını etiraf edib 27.03.23, 12:00
Qərb Rusiya məğlub olana qədər vuruşacaq - Patruşev 26.03.23, 11:17
Ələtdə zorakılıq əlamətləri olan kişi meyiti aşkarlandı 26.03.23, 11:13
Putini nüvə silahlarını... 25.03.23, 21:16
Bulvarda 50 yaşlı kişi özünü öldürdü 25.03.23, 11:05
Azərbaycanlı polkovnik-leytenant həlak oldu 24.03.23, 14:26
Vaşinqton Analitik Mərkəzi: İran raketləri israili dağıdacaq 23.03.23, 11:38
Medvedyev: "Qərb Ukraynaya silah verdikcə..." 23.03.23, 11:18
Sabirabadda 13 yaşlı oğlan intihar etdi 23.03.23, 11:07
Şoyqu ABŞ PUA-sını məhv edən pilotları təltif etdi 22.03.23, 13:29
Kuba Prezidenti: Seyid Əli Xamenei müdrik şəxsiyyətdir 20.03.23, 12:52
Bank işçisi intihar etdi 20.03.23, 10:13
Putin: Ukrayna ilə bağlı danışıqlara hazırıq! 20.03.23, 10:10
Makronun reytinqi kəskin səviyyədə düşdü 19.03.23, 10:53
Tramp bu tarixdə saxlanılacaq 19.03.23, 10:51
Medvedyev amerikalılara çağırış etdi: Ölkənizi geri alın! 19.03.23, 10:50
İranda "Mir" kartlarından... 16.03.23, 12:00
Paytaxtda kütləvi dava - Ölən və yaralananlar var 15.03.23, 12:22
Tehran-Riyad razılaşması sionist rejimə 1 gündə 2 zərbə vurdu 15.03.23, 12:19
Ərdoğanın mühakimə olunması tələb olundu