Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2022

Maduro: İran tankerlərinin Venesuelaya yola düşməsi xariqüladə hadisə idi

Tehranda səfərdə olan Venesuelaya prezidenti Nikolas Maduro televiziyaya verdiyi müsahibəsində ölkəsinin ən çətin şəraitində İranın yardımından və qorxmamazlığından danışıb.

ABŞ-ın qanunsuz sanksiyalarını iqtisadi terrorizm adlandıran N. Maduro deyib: "2020-ci ilin yayından sanksiyaların ardınca İran hökuməti Donald Trampın sanksiyalarına cavab olaraq Venesuelaya bir qədər neft göndərmək qərarına gəldi. Halbuki, 2020-ci ildə o, (D. Tramp) Venesuelaya kömək etməyə çalışan hər kəsə hücum edəcəyi ilə hədələmişdi. Özünüzü mənim yerimə qoyun, onda Venesuela prezidenti kimi özümü necə hiss etdiyimi biləcəksiniz. Eyni zamanda belə təhdidlərə baxmayaraq, mən İran neft tankerlərinin yola düşməsinin şahidi oldum. Doğrudan da xariqüladə bir hadisə idi. Venesuela əhalisinin hamısı bunu bayram etdi. O vaxt biz tam karantində idik. Martdan may ayına kimi çox ağır şəraitə məcbur edilmişdik."

Venesuela prezidenti əlavə edib: "İqtisadi blokadaya görə neftayırma zavodlarımız bağlandı, neft hasilatı dayandırıldı. Ölkənin ehtiyatları çox məhdud idi. Epidemiyanın başlanğıcına təsadüf edən mart ayından iyun ayına qədər vəziyyət ölkəmiz üçün çox təhlükəli oldu. Məhz bu şəraitdə biz İran İslam Respublikası ilə danışıqlara başladıq və vəziyyətimizi onlara bildirdik. Yaranmış fövqəladə vəziyyətlə mübarizə aparmaq üçün müvəqqəti olaraq svoplardan istifadə etmək qərarına gəldik. Venesuela neft sənayesi işçilərinin probleminin həllini də tapmağa qərar verdik. Neft emalı zavodlarını işə salmaqla ölkənin ehtiyaclarını ödəməyə səy etdik. Məhz o zaman İran tankerləri bütün təhdidlərə baxmayaraq Venesuelaya yola düşdü. Səhv etmirəmsə, yanacaqla dolu olan tankerlərin heyəti və kapitanı Tramp administrasiyasına meydan oxumağa can atırdılar. Halbuki, Tramp bu möhtac ölkəyə kömək etmək istəyən hər kəsə hücum edəcəyini bəyan edən adam idi. Xoşbəxtlikdən hər şey yaxşı keçdi. Tankerlər sağ-salamat Venesuelaya çatdılar və insanlar sosial şəbəkələrdə bayram etdilər. Bir daha sübut etdik ki, biz çətin vəziyyətdə bir-birimizdən ayrılmayan qardaşlarıq."

N. Maduro vurğulayıb: "Tankerlərin gəlişi ilə biz bu üç ayın çətinliklərini yüngülləşdirə bildik və Venesuela daxilində emal prosesini başlamaq imkanımız yarandı. Neft emalı zavodlarından kənarda yanacaqdoldurma məntəqələrindəki insanlar da İranın yardımının təsirini hiss edə bilirdilər. O zaman biz Venesuelada sosial vəziyyəti yaxşılaşdırmaq üçün xüsusi proqram hazırladıq. Bu proqramın məqsədi insanların ehtiyac duyduğu yanacaqla təmin etmək idi. Bu siyasətin müsbət nəticələri oldu və əhali də tam razılıq ifadə edirdi. Bunun ardınca İran da uzaqdan bizə başqa tankerlər göndərdi. Artıq heç bir gərginlik və təhdid yox idi."
1080 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP