Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2022

Rusiya səfiri sionist və Ankara rejimlərinə xəbərdarlıq etdi

Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi sionist rejimin Dəməşq hava limanına hücumlarını pisləməklə yanaşı, bu rejimin belə məsuliyyətsiz hərəkətlərinin böyük təhlükələr yaratdığını vurğulayıb.

Rusiya prezidentinin Suriyadakı xüsusi nümayəndəsi və səfir Aleksandr Yefimov rus qoşunlarının Suriya torpaqlarında olmasını bu ölkədə hərbi və siyasi tələblər əsasındığını bildirib.

"Əl-Vətən" qəzetinə açıqlama verən Yefimov deyib: "Rusiya qüvvələri Suriya torpaqlarında İran qüvvələri ilə rəqabəti və ya güc balansı yoxdur, İran və Rusiya qüvvələrinin bu ölkədə iştirakı beynəlxalq hüquq normalarına uyğun və qanuni Suriya hökumətinin dəvəti ilə həyata keçirilir."

Səfir vurğulayıb ki, İran və Rusiya qüvvələrinin düşmənlərinin yalanlarının əksinə olaraq, onlar heç bir rəqabət aparmadan və son dərəcədə koordinasiya olunmuş müxtəlif missiyaları yerinə yetirirlər.

Moskva səfiri sionist rejimin Dəməşq hava limanına hücumlarını pisləyərək vurğulayıb: "Bu məsuliyyətsiz hərəkətlər hava xətləri üçün böyük təhlükələr yaradır. Ona görə də bu rejim qeyd olunan şər əməllərinə son qoymalıdır."

Rusiya prezidentinin xüsusi nümayəndəsi Türkiyə rejiminin Suriyadakı hər hansı hərbi əməliyyatını birbaşa Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması adlandırıb və qəti şəkildə deyib ki, Dəməşq Ankaranın heç bir əməliyyatı ilə razılaşmır. O, Türkiyənin hər hansı əməliyyatının Suriyada gərginliyi artıracağını vurğulayıb.

Rusiya rəsmisi bildirib ki, Ankara və Dəməşq sərhədlərində təhlükəsizliyin yeganə təminatı Suriya hökumət qüvvələrinin yerləşdirilməsidir. Bunun üçün Ankara Suriya hökumətinə hörmətlə yanaşdığını iddia etdiyi rəsmi bəyanatlarını əməli şəkildə həyata keçirməlidir.

Səfir Suriya ilə Rusiya arasında davam edən iqtisadi əməkdaşlığa toxunaraq rus şirkətlərinin infrastruktur sahəsində böyük layihələr həyata keçirdiyini xəbər verib.

Yefimov sonda deyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fars körfəzi ölkələrinə son səfiri zamanı Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasını təkid edib."

Qeyd edək ki, Ankara rejimi sionist rejimlə əlbir olaraq Suriyanın sionist rejimi tərəfindən işğal edilmiş torpaqlarını (Qolan yüksəklərini) azad etməsinə maneəçilik yaradır.
978 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP