Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyun 2022

Ankaraya bağlı terrorçular bir-birini qırdı - 22 ölü və yaralı

Suriyada Türkiyəyə bağlı "Cəbhətuş-Şamiyyə" və "Əhraruş-Şam" terror qrupları yenidən bir-birinin canına düşüblər.

"North" xəbər agentliyinin bildirdiyinə görə, qarşıdurma Suriyanın şimalındakı Hələb vilayətinin şərqindəki Əl-Bab bölgəsində baş verib və bu qarşıdurmada 22 nəfər ölüb və yaralanıb.

"North" xüsusi mənbəyə istinadla qeyd edib ki, iki terror qrupu arasında toqquşma hələ də davam edir və getdikcə genişlənməkdədir, belə ki, bu hücumların ardınca ikisi dinc sakin olmaqla 7 nəfər ölüb və dördü uşaq olmaqla 15 nəfər yaralanıb.

Davam etməkdə olan bu qarşıdurmada ağır silahlardan və tanklardan istifadə edilir, Cəbhətuş-Şamiyyə terrorçuları da bölgədəki qüvvələrinə yardımçı texnika göndərib.

Bu arada Əhraruş-Şamın bir qruplaşması Əl-Bab ətrafındakı Abla qəsəbəsində Cəbhətuş-Şamiyyə terrorçularına təslim olub.

Hazırda Suriyanın şimalında Türkiyəyə bağlı terrorçuların işğalı altında olan ərazilərdə daxili qarşıdurmalar gedir.
866 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.06.22, 09:07
Hərbçimiz həlak oldu
15.06.22, 11:11
Şeytanın abidə kələyi
Go to TOP