Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2022

İranın humanitar yardımını daşıyan iki təyyarə Əfqanıstana çatıb

İranın zəlzələdən zərər çəkənlərə yardım karvanları Əfqanıstana daxil olub.

Bu haqda Əfqanıstanda Taliban hökumətinin mətbuat katibi Zəbihullah Mücahid xəbər verib.

Onun sözlərinə görə, bu gün İranın ilk yardımı və Qızıl Aypara qüvvələrinin ilk karvanı Əfqanıstanda zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Xost hava limanına gəlib.

Hərbi nəqliyyat təyyarələri ilə Əfqanıstana göndərilən yükə yardım çadırları, tibbi və təcili yardım ləvazimatları daxildir.

İranın yardımının daha bir hissəsi Sistan və Bəlucistan əyalətinin sərhədindən quru yolu ilə Əfqanıstana göndərilib.

Xost və Paktika əyalətlərində baş verən zəlzələdən iki günə yaxın vaxt keçir və indiyədək bu hadisədə 1500-dən çox əfqanıstanlının həyatını itirdiyi bildirilir.
1247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP