Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2022

Təl-Əvivdə siyasi gərginlik pik həddə çatdı: Lapid Beneti əvəz edə bilər

Artıq dörd ildir ki, işğalçı sionist rejim öz hökumətni formalaşdıra bilmir və bu üzdən rejim daxilində siyasi gərginlik hökm sürür.

Sionist mediası Təl-Əvivdə Knessetin buraxılması və yeni baş nazirin təqdim edilməsi ilə bağlı rəsmi açıqlamanı gözləyir.

Sionist KİV-lər bu gün (çərşənbə) Təl-Əvivdə Knessetin buraxılması və erkən seçkilərə qədər Yair Lapidin baş nazir olacağı ilə bağlı rəsmi açıqlamanı gözlədiklərini bildiriblər.

"i24" xəbər saytının məlumatına görə, Təl-Əvivdə hakim koalisiya ilə müxalifət arasında Knessetin buraxılması ilə bağlı razılaşmalardan sonra müvafiq qanunun bu gün ikinci və üçüncü oxunuşlarda təsdiqlənəcəyi, Lapidin sabah Təl-Əviv kabinetinin baş naziri Naftali Benetin yerinə namizəd kimi təqdim ediləcəyi gözlənilir.

Əgər bu gün sionist rejim parlamentində belə bir nəticə əldə olunarsa, onun rəsmi mərasimi sabah (cümə axşamı) baş tutacaq və Təl-Əviv növbədənkənar seçkilərə hazırlaşacaq.

KİV-lərin bildirdiyinə görə, əgər son mərhələdə gözlənilməz hadisə baş verməsə, bu gün sionist rejimin iyirmi dördüncü parlamentinin rəsmən buraxılacağı gözlənilir. Bununla da, Təl-Əviv üç il yarım ərzində beşinci parlament seçkilərinə tərəf gedəcək.
1955 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP