Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2022

Dəməşq Suriyaya qarşı təcavüzlərin davam etdirilməsinin əsas məqsədini ifşa edib

Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəssam Səbbağ bildirib ki, sionist rejimin Suriya ərazisinə təcavüzü və terror təşkilatlarının cinayətləri, ABŞ və Türkiyə qüvvələrinin Suriyada qeyri-qanuni mövcudluğu xaos və terrorizmi davam etdirmək və siyasi həll yolunu bağlamaq məqsədi daşıyır.

Suriyanın "SANA" rəsmi xəbər agentliyinin yazdığına görə, B. Səbbağ BMT Təhlükəsizlik Şurasının iclasında deyib: "Suriya Təhlükəsizlik Şurasının İsrailin Dəməşq Beynəlxalq Hava Limanına təcavüzünü pisləyə bilməməsinə görə təəssüf edir.

BMT TŞ-nın öz öhdəliklərini yerinə yetirə bilməməsi səbəb olur ki, BMT-yə üzv dövlətlər beynəlxalq legitimliyə və öz hüquqlarını həyata keçirmək imkanlarına arxalana bilməyəcəklərini düşünsünlər."

Suriyanın BMT-dəki daimi nümayəndəsi vurğulayıb ki, onun ölkəsi xarici müdaxilə olmadan Suriya-Suriya milli dialoqu və Suriyanın rəhbərlik etdiyi siyasi prosesə əsaslanan siyasi həll yoluna sadiqdir.

Səbbaği əlavə edib: "Suriyalı qaçqınların öz ölkələrinə qayıtmasına mane olan bütün ölkələr əllərini qaldırmalı və onların sərbəst və ləyaqətlə qayıtmasına mane olmağa son qoymalıdırlar. Suriyalı qaçqınların geri qayıtması üçün ən mühüm tələblərdən biri Suriya vətəndaşlarını ölümünə səbəb olan və qətiyyən haqq qazandırılması mümkün olmayan birtərəfli tədbirlərin ləğv edilməsidir."

O qeyd edib ki, ölkəsi Türkiyənin hərəkətlərini, onun Astana razılaşmaları və Soçi Anlaşma Memorandumu çərçivəsində üzərinə götürdüyü əvvəlki öhdəliklərə əməl etməməsini pisləyir.
1908 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP