Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2022

İordaniya İranla əlaqələrə can atır

İordaniyanın baş naziri Beşər əl-Xasauna bildirib ki, Amman İranla sağlam əlaqələri alqışlayır.

"BBC"-nin ərəb bölməsinə müsahibə verən Xasauna deyib: "Biz heç vaxt İrana ölkəmizin milli təhlükəsizliyinə təhdid mənbəyi kimi yanaşmamışıq."

O əlavə edib ki, İranın qonşu ölkələrə qarşı təhdid tendensiyası azalıb və biz buna sevinirik.

"Russia əl-Yəvm"-in xəbərinə görə, İordaniyanın baş naziri həmçinin deyib ki, biz İran İslam Respublikası ilə sağlam əlaqələri alqışlayırıq. Necə ki, İordaniyanın Səudiyyə Ərəbistanı ilə əlaqələri də tarixi və geniş əlaqələrdir.

O, açıqlamasının başqa bir hissəsində İordaniyanın şimal sərhədində qaçaqmalçılıq əməliyyatlarının əhəmiyyətli dərəcədə artdığını qeyd edib.

Son vaxtlarda İordaniya rəsmiləri İranla münasibətlər yaratmaq barədə siqnallar verirlər və KİV-lər Bağdadda Amman-Tehran görüşünün keçiriləcəyi haqda rəsmi təsdiqini tapmamış məlumatlar yayıblar.
1798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP