Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2022

Çindən ABŞ-a gözdağı: Hipersəs raketini atdı

Çin Tayvan yaxınlığında keçirdiyi təlimdə DF-17 hipersəs raket kompleksindən istifadə edib.

Bu barədə “Aerotaym” məlumat yayıb.

Bildirilib ki, raket buraxılışı Tayvanın cəmi 120 km-də həyata keçirilib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər edəcəyini açıqlaması Çinin kəskin etirazına səbəb olmuşdu. Çin öz ordusunun buna sakit yanaşmayacağını bildirərək, genişmiqyaslı təlimə start vermişdi.

ABŞ isə Pelosinin təhlükəsizliyini qorumaq üçün dəniz qüvvələrini, o cümlədən “Ronald Reyqan” təyyarədaşıyan gəmisini əraziyə göndərmişdi.

Pelosi son anda Tayvan səfərindən imtina etdiyini bildirdi.
927 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP