Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2022

“İstənilən işi görməyə hazırıq" – Ramzan Kadırov

“Çeçenistan Ukraynaya 9 min yaxşı təlim keçmiş döyüşçü göndərməyə hazırdır”.

Bunu Çeçenistan başçısı Ramzan Kadırov deyib.

O, çeçen döyüşçülərin Ukraynadakı “uğurları” haqda danışıb: “Axmat” xüsusi təyinatlılarının döyüşçüləri Luqansk Xalq Respublikasının xalq milislərinin ikinci korpusu ilə birlikdə Soledardakı “Knauf” zavoduna nəzarəti ələ keçirib”.

Kadırov əlavə edib:

“Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Əhməd Səydərxanov bildirir ki, müəssisənin ərazisi “Bandera” ünsürlərindən təmizlənib. Bu, döyüşçülərimizin daha bir böyük nailiyyətidir. Əvvəllər onlar Luqansk istiqamətində 36 yaşayış məntəqəsini, o cümlədən dörd şəhəri azad edərək özlərini əla göstəriblər”.

O, həmçinin bildirib ki, xüsusi təyinatlıların əlavə dəstələri “xüsusi əməliyyat”da iştirak etmək üçün Çeçenistanda təlim keçib:

“Hazırda Çeçenistan Respublikasından 9 min yaxşı təlim keçmiş döyüşçü göndərilməyə hazırdır. Daha 10 min hərbçi ehtiyatdadır və qanadlanaraq gözləyir. Onlar Ukraynada nasistlər tam məğlub olana qədər istənilən işi görməyə hazırdırlar”.
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP