Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2022

Çinin 17 döyüş təyyarəsi Tayvan ərazisinə daxil oldu

Tayvan Müdafiə Nazirliyi dünən gün ərzində adanın ətrafında Çinə məxsus 17 döyüş təyyarəsi və 6 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, təyyarələrdən 7-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması hesab edilən hava və dəniz xəttinin şərqinə və cənub-qərb hissəsinə uçduğu bildirilib.

Tayvan sözügedən ərazini Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası elan edib.

Çin hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izləndiyi bildirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çinin Tayvan boğazında nominal orta xətti keçən uçuşları və gəmi patrullarını nizama saldığı müşahidə edilir .
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP