Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2022

Bəşər tarixində qara hərflərlə yazılmış beş uşaqdan beş cümlə

1. Suriyalı qızcığaz can verərkən, ömrünün son anında dedi: "Allaha hər şeyi deyəcəyəm."

2. Suriya müharibəsinin dəhşətindən qaçan məsum qız onu kameraya çəkmək istəyən jurnalistə göz yaşları içində dedi: "Əmi, Allah xatirinə, mənim şəklimi çəkmə. Çünki hicabım yoxdur."

3. Aclıqdan bunu deyən balaca bir qız: "Allahım, aclıqdan ölməyim üçün bir şey qalmayıb, yeməyə çörəyimiz yoxdur. Məni Öz cənnətinə apar ki, orada çörək yeyim."

4. Partlayışda əli yaralanan əfqan qız, onun əlini kəsmək üçün cərrahiyyə əməliyyatına hazırlaşan həkimə dedi: "Doktor, paltarımın qolunu cırma, bundan başqa paltarım yoxdur."

5. "Seyyidüş-şühəda" məktəbində partlayış nəticəsində yaralanmış əfqan qız onu müalicə üçün aparan şəxsə dedi: "Kitablarımı da gətir ki, orada qalmasın, çünki atamın təzədən mənə kitab almağa pulu yoxdur."

Bu müharibələrin nəticəsidir.
1186 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP