Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Avqust 2022

"Dünya Müsəlman Alimləri Birliyi" Ankaranın müsəlmanlara xəyanətini pisləyib

"Dünya Müsəlman Alimləri Birliyi" Ankara rejiminin sionist işğalçı rejimlə əlaqələrinin yenidən normallaşmasının müsbət qarşılanması ilə bağlı ona aid edilən bəyanatı tamamilə təkzib edib və bunu "saxta bəyanat" kimi qiymətləndirib.

"Arabi 21" xəbər-təhlil saytının bildirdiyinə görə, "Dünya Müsəlman Alimləri Birliyi" bəyanat yayaraq vurğulayıb ki, birliyin müvəqqəti sionist rejimin prezidenti İshak Hersoqun mart ayında Ankaraya səfəri ilə başlayan Tel-Əviv-Türkiyə əlaqələrinin bərpasını alqışladığı barədə mətbuatda dərc olunan materiallar saxtadır.

Birlik qeyd edib ki, Hersoqun Türkiyəyə səfərini pisləyib və bunu "normallaşma yolunda rədd edilmiş və pislənmiş addım" hesab edib.

Birlik Ərdoğanın Hersoqla rəsmi qarşılanmasından təəssüfləndiyini qeyd edib.

Dünya Müsəlman Alimləri Birliyi bəyanatının davamında ictimai rəydən bu qurumu məqsədyönlü şəkildə gözdən salmağa çalışan kampaniyaların tələsinə düşməməyi xahiş edib.

Birliyk vurğulayıb ki, Fələstin ideyasına dəstək mövqeyində möhkəm dayanmışdır və Fələstin xalqına bütün mövcud maddi və mənəvi dəstək üsulları ilə kömək etmək qanuni bir öhdəlik, insani zərurət və müxtəlif dövrlərdəki vacib vəzifədir.

Birliyin bəyanatında daha sonra qeyd olunub ki, ifadə azadlığından istifadə edərək birliyə qarşı saxta ittihamlar irəli sürən, onun nüfuzuna və vəzifələrinə xələl gətirən hər kəsi məhkəməyə verəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir KİV-ləri və mənbələri geniş şəkildə saxta bəyanat dərc edərək, "Dünya Müsəlman Alimləri Birliyini" sionist rejimlə münasibətləri normallaşdırmaqda xəyanətkar Türkiyə rejiminə dəstək verməkdə ittiham ediblər.
1115 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP