Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2022

Rusiya İdlibdə 120 terrorçunu məhv etdi

Rusiya döyüş təyyarələrinin Suriyanın şimal-qərbində terrorçuların düşərgəsinə hücumları zamanı Ankara rejiminə bağlı 120-dən çox terrorçu məhv edilib.

Cümə axşamı Rusiyanın Suriyadakı Barışıq Mərkəzi Suriyanın şimal-qərbindəki İdlib əyalətində terrorçu qrupların mövqelərinə hücum edildiyini açıqlayıb.

"Sputnik" xəbər agentliyi bu mərkəzə istinadən bildirib: "Rusiya qırıcıları İdlib ətrafında yerləşən "Əl-Şeyx Yusuf" bölgəsində terrorçulara məxsus düşərgəni məhv edib."

Barışıq Mərkəzinin açıqlamasına əsasən, bu hücumlar zamanı 120-dən çox terrorçu məhv edilib və Suriyanın şimalındakı bu terrorçular Türkiyə və qərb dövlətlərinə bağlıdır.

Rusiya mənbələri ötən ay bildirmişdilər ki, Həras əd-din, Ənsar ət-Tövhid və Təhrir əş-Şam terror qruplaşmalarına məxsus yeni xarici silahlı ünsürlər İdlib əyalətini tərk edərək Ukraynaya yola düşüblər. İki qrup halında Ukraynaya gedən silahlıların sayı 87 nəfərə çatıb ki, onların da əksəriyyəti iraqlı, çeçen, tunisli və fransızdır.

İdlibdəki Cəbhət ən-Nusrəyə bağlı Təhrir əş-Şam terror qrupu bu terrorçuları Suriyanın Türkiyə ilə sərhədindən 5 kilometr şərqdə yerləşən Sarmada şəhərinə köçürüb. Bundan sonra terrorçu ünsürlər şənbə günü Türkiyə ərazisinə daxil olaraq, oradan Ukraynaya aparılıblar.

Cari ilin mart ayında media mənbələri Suriyanın İdlib əyalətindən 450-yə yaxın ərəb və xarici vətəndaşlığı olan silahlı şəxsin Rusiya qüvvələrinə qarşı döyüşdə iştirak etmək üçün Ukraynaya gəldiyini xəbər vermişdi.
2314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP