Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Sentyabr 2022

Ankara rejiminin Suriyada buynuzu sındırılır

"Reuters"-in verdiyi xəbərə görə, Türkiyə və Suriya kəşfiyyat orqanlarının rəhbərləri bu yaxınlarda Dəməşqdə görüşüblər və iki tərəf arasında aparılan danışıqlarda böyük irəliləyiş əldə olunub.

"Reuters" cümə axşamı bildirib ki, Türkiyə kəşfiyyat orqanının rəhbəri Hakan Fidan suriyalı həmkarı Əli Məmlukla son bir neçə həftə ərzində Dəməşqdə görüşüblər.

Bu görüşün avqustun sonlarında iki gün müddətində baş tutduğu və gələcək görüşlərin daha yüksək səviyyədə keçiriləcəyinə dair razılıq əldə olunduğu vurğulanır.

Suriya perzidenti Bəşar Əsədə yaxın mənbə təfərrüatları açıqlamadan qəzetə bildirib: "Türkiyə ilə Suriya arasındakı təmaslarda böyük irəliləyiş var."

Digər bir mənbə isə "Türkiyə-Suriya münasibətləri yaxşılaşır və anlaşma məkanı yaratmaq mərhələsinə doğru irəliləyir"- deyə qeyd edib.

Türkiyədə yüksək rütbəli mənbə və təhlükəsizlik mənbəsi də "Reuters"-ə açıqlamasında deyib edib ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğana çox yaxın adamlardan biri olan Hakan Fidan və Əli Məmlük əvvəlki görüşlərdə "iki ölkənin xarici işlər nazirləri arasında görüşün necə keçiriləcəyi haqda müzakirə aparıblar."

Mənbə qeyd edib ki, Rusiya Suriya və Türkiyənin problemlərini arxada qoymasını və hər iki tərəfin xeyrinə olan razılaşmalara nail olmasını istəyir.

Bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Suriya kəşfiyyat təşkilatları arasında əlaqə yarandığını demişdi. Habelə Qoşulmama Hərəkatının iclasında Suriyanın xarici işlər naziri Feysəl Miqdad ilə görüşdüyünü bildirmişdi.
2274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP