Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2022

Kuba: İsrailin Suriyaya qarşı hava hücumlarını qətiyyətlə pisləyirik

Bazar günü Kubanın xarici işlər naziri müvəqqəti sionist rejimin Suriya ərazisinə təkrar hücumlarını pisləyib.

Kubanın xarici işlər naziri Bruno Rodriges Tvitter səhifəsində Suriya hökuməti və xalqı ilə həmrəy olduğunu vurğulayıb. O, bu tvitində yazıb: "Biz beynəlxalq hüququn açıq şəkildə pozulması və Yaxın Şərqin sabitliyini təhdid edən "İsrail"in Suriya ərazisinə təkrar hücumlarını qətiyyətlə pisləyirik".

SANA-nın məlumatına görə, sionist rejimi qırıcıları şənbə günü Təbəriyyə gölünün şimal-şərq tərəfindən hava hücumu həyata keçirib, Dəməşq Beynəlxalq Hava Limanı və Dəməşqin cənubunun bəzi hissələrini hədəf alıb. Bu təcavüzkar hücum nəticəsində 5 nəfər şəhid olub.
1413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
31.08.22, 09:15
Mixail Qorbaçov öldü
Go to TOP