Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Oktyabr 2022

Sionist işğalçılar 18 yaşlı fələstinlini şəhid etdilər

“ShahabNews”-in verdiyi xəbərə görə, Fələstin Səhiyyə Nazirliyi 18 yaşlı gənc fələstinli Fayiz Xalidin Qüdsdə sionist hərbçilər tərəfindən şəhid edilməsi haqda bəyanat yayıb.
Bu fələstinli gənc işğal altındakı Qüdsün şərqindəki Əl-Əyzriyyə qəsəbəsində sionist əsgərlər tərəfindən qətlə yetirilib.
Sionist əsgərlərin Əl-Əyzriyyə qəsəbəsində fələstinlilərə qarşı açdığı atəş nəticəsində daha bir gənc yaralanıb, sonra isə həbs edilib.
Dünən də vəhşi sionist hərbçilər İordan Vadisində 7 yaşlı Rəyyan Süleymanı təqib edərkən uşağın ürəyin dayanıb və şəhid olub.
Onun şəhid olması bir daha uşaq qatili olan sionist rejimə qarşı nifrəti artırıb və sosial şəbəkələrdə “Rəyyan Süleyman” haştaqı trendə çevrilib.
Sosial media istifadəçiləri bu fələstinli uşağın şəkillərini geniş şəkildə dərc etməklə, sionist hərbçilərin fələstinli uşaqlara qarşı təcavüzünü, o cümlədən onların təqib edilməsi, öldürülməsi və həbs edilməsini xatırladıblar və bunu insan və uşaq hüquqlarının açıq şəkildə pozulması adlandırıblar.
1983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
Go to TOP