Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2022

Paris küçələrində qarşıdurma

Fransanın paytaxtı Parisdə həmkarlar ittifaqının mitinqində nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

Səhər saatlarında etirazçılar iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə paytaxt küçələrinə çıxıblar. Nümayişdə minlərlə insan, o cümlədən nəqliyyat, enerji, qida emalı, ticarət, təhsil və səhiyyə işçiləri iştirak edib.

Nümayişçilər arasında “Sarı jiletlilər” hərəkatının tərəfdarları, müxtəlif gənclər təşkilatları, solçular, kommunistlər və radikal gənclər də olub.

Qarşıdurmalar “qara blok”dan olan radikal gənclərin təxribatından sonra başlayıb. Onlar bankların şüşələrini sındırıb, avtobus dayanacaqlarını dağıdıb, zibil qutularını yandırıb, hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə butulkalar və tüstü bombaları atıblar.

Buna cavab olaraq polis nümayişçilərə gözyaşardıcı qaz tətbiq edərək onları geri çəkilməyə məcbur edib.
2787 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP