Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2022

Avropa Parlamentinin üzvü: Amerika və İsrail terroru dəstəkləyir

İrlandiya Respublikasının Avropa Parlamentindəki təmsilçisi Mayk Valles Avropa İttifaqının bu qanunverici orqanının dünən baş tutan iclasında ABŞ, Avropa ölkələri, sionist rejim, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin müharibə mövqelərini pisləyib.

O, AP-nin qərargahı olan Fransanın Strasburq şəhərində keçirilən görüşdə ABŞ, Avropa ölkələri, sionist rejim, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən danışıb, Əfqanıstana qarşı 20 illik müharibəni, Yəmən müharibəsini və fələstinlilərə qarşı gündəlik müharibəni terror kimi qiymətləndirib.
Amerika və onun müttəfiqlərinin müxtəlif ölkələrə münasibətdə mövqelərini tənqid edən AP-nin bu solçu nümayəndəsi yeni çıxışında bu ifadələri bir daha təkrarlayıb.

Mayk Valles deyib: “Birləşmiş Ştatlar və NATO Əfqanıstanı 20 il ərzində bombardman etdi, bir neçə yüz min insanı öldürdü və milyonlarla insanı evsiz-eşiksiz etdi və xalqı qorxuya saldı. BMT-nin araşdırmasının nəticəsi göstərdi ki, ABŞ və NATO-nun Əfqanıstanda mülki şəxslərə qarşı hücumları və bombardmanları qurbanlarının 45 faizi uşaqlardır.”

O əlavə edib: “ABŞ İraqda bir milyondan çox dinc sakini öldürəndə bu terror deyildimi? İsrailin hər gün fələstinliləri qorxuya salması terror deyilmi?
Fransa, İngiltərə və başqaları Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini Yəməndə soyqırım törətmək üçün silahlandırır. Belə ki, BMT-nin məlumatına görə, Yəməndə 400.000-dən çox insan öldürülüb və 16 milyon insan aclıqla üzləşib. ABŞ, İngiltərə, Fransa və bir sıra digər Avropa ölkələrinin dəstəyi ilə həyata keçirilən bu soyqırım terrorizm deyilmi?”

Çıxışının sonunda AP-nin qanunvericisi həmkarlarına çağırış edərək deyib: “Nə vaxt oyanıb real dünyada yaşamağa başlayacaqsınız?”
2638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP