Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2022

Fələstinlilərin sayıqlığı sionist düşmənin planlarını alt-üst etdi

“Fələstin əl-Yəvm” qəzetinin bildirdiyinə görə, Məscidül-Əqsanın xətibi Şeyx Əkrəmə Səbri vurğulayıb ki, Qüds vətəndaşlarının bəsirəti və sayıqlığı sionist rejimin bu şəhərə hakim olmaq və onu yəhudiləşdirmək cəhdlərinin qarşısını almışdır.
Xətib əlavə edib: “Sionist düşmən daima Məscidül-Əqsa və işğal olunmuş ərazilərdəki digər islami müqəddəs məkanlara qarşı yeni hadisələr törətməyə çalışırlar, lakin Fələstin vətəndaşları onların planlarını alt-üst etdi.”
Şeyx Əkrəmə qeyd edib ki, sionist düşmən nə insana, nə daşa, nə də ağaca rəhm etmir və bu şəhərin iqtisadi, təhsil və səhiyyə blokadası vasitəsilə işğal olunmuş Qüdsün bütün hissələrini yəhudiləşdirməyə çalışır.
Sionistlərin amansız səyləri qarşısında Qüds vətəndaşları öz müqavimətlərini davam etdirdilər. Düşmən onlara qarşı nə qədər sərt davranarsa, onların müqaviməti bir o qədər güclənəcək. Təbii ki, Qüds vətəndaşlarının müqaviməti ərəb və İslam ölkələrinin işğal altındakı Qüds qarşısında öhdəliklərini yerinə yetirməməsi anlamına gəlmir.
2504 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP