Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2022

İslam Əməkdaşlıq Təşkilatı: Rusiya bizim üçün çox vacib tərəfdaşdır

Dünən (oktyabrın 23-də) nümayəndə heyətinin başında Moskvaya səfər etmiş İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha bu gün Rusiya ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İƏT Baş katibi deyib: “Dünya nə baş verdiyini anlamağa başlayır. Ona görə də Rusiya ilə dostluğumuzu və münasibətlərimizi inkişaf etdirməyin vacibliyini aydın şəkildə ifadə etməyin uyğun vaxtıdır.”
O əlavə edib: “Biz Rusiya ilə münasibətlərin inkişafına sadiqliyimizi vurğulayırıq. Çünki bu ölkə bizim üçün çox vacib tərəfdaşdır, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi ölkədir.”
İƏT-in informasiya bazasından verilən məlumata görə, bu səfər Rusiya ilə İslam dünyası arasında tarixi və strateji əlaqələr çərçivəsində, habelə dünya sülhü və təhlükəsizliyi ilə bağlı məsələlərdə məsləhətləşmələr aparmaq məqsədi ilə baş tutub.
“Sputnik”-in bildirdiyinə görə, Rusiyanın xarici işlər naziri ölkənin İslam ölkələri ilə əməkdaşlıq etmək istəyindən danışıb.
Sergey Lavrov bazar ertəsi günü bəyan edib ki, Rusiya İslam ölkələri ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə tərəfdaşlığını gücləndirmək niyyətindədir.
İƏT-in Baş katibi Hüseyn İbrahim Taha ilə görüşdə Rusiya xarici işlər naziri vurğulayıb ki, Rusiya və sivil İslam ölkələri təhlükəsizlik, sabitlik və iqtisadi problemlərin həlli sahəsində bir-biri ilə əməkdaşlıq edən uzunmüddətli etibarlı tərəfdaşlardır.
Lavrov daha sonra əlavə edib ki, Rusiya İƏT-ə üzv ölkələrlə bütün sahələrdə əməkdaşlığı gücləndirməyə çalışır və eyni zamanda bu ölkələrin ictimai-siyasi yollarına hörmətlə yanaşır.
Rusiya xarici işlər naziri daha sonra vurğulayıb ki, Rusiya hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə İslam dünyasının öz müstəqilliyinə təhlükə yaratmamasını yüksək qiymətləndirir.
2638 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP