Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Oktyabr 2022

İstanbulda Ərdoğanın müxalifi zorla həbs edildi

Türkiyə avtoritar rejimin polisi İstanbulda Çağlayan məhkəməsi qarşısında “Ərdoğan oğrudur” deyə qışqıran şəxsə zor tətbiq etməklə həbs edib.
“Duvar”-ın verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanı “oğru” adlandıran şəxs bu ölkənin polisi tərəfindən həbs edilib.
Bu internet qəzetinə görə, polis bu barədə məlumat yayaraq bildirib ki, adı çəkilən şəxsi İstanbul şəhərinin “Çağlayan” məhkəməsinin qarşısında “Ərdoğan oğrudur” deyə qışqırarkən həbs edib.
Bu şəxs məhkəmənin qarşısından keçərkən “Ərdoğan oğrudur, onu həbs edin, o, dekabrın 17-dən 25-dək baş verənlərlə bağlı məlumat verəcək” deyə qışqırıb.
2013-cü il dekabrın 17-dən 25-dək aparılan təhqiqat Türkiyənin o vaxtkı hökumətini devirməyə cəhddə ittiham olunan 4 sabiq nazir və onların ailələri ilə bağlı olub. O zaman Türkiyənin baş naziri Ərdoğan bu təhqiqatı Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi hökuməti devirmək məqsədi ilə Fətullah Gülən tərəfdarlarının sui-qəsdi adlandırıb və onu pisləyib.
Hələlik bu haqda əlavə məlumat dərc olunmayıb.
2745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP