Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2022

Sionist rejimin iştirakına etiraz olaraq iki ərəb şirkəti Bəhreyn sərgisindən imtina edib

Oman və Küveytin iki şirkəti sionist rejimin iştirakına əmin olduqdan sonra Bəhreyndə keçirilən beynəlxalq aviasiya sərgisində iştirakdan imtina ediblər.
Omanın “Salam Air” aviaşirkəti sionist rejimin iştirakı təsdiqləndikdən sonra Bəhreyndə keçirilən beynəlxalq aviasiya sərgisində iştirak etməkdən imtina edib.
Oman şirkəti öz Twitter hesabında bu sərgidə iştirakdan imtina etdiyini və sərgi salonundakı stendini ləğv etdiyini bildirdi.
Həmçinin, “Beyt ət-Təmvil əl-Küveyti” adlı Küveytin investisiya şirkəti də sionist rejimin bu sərgidə iştirakına görə öz loqosunu sərginin sponsorları siyahısından çıxarıb.
“Əl-Xalic Online” saytının yazdığına görə, sionist rejimlə güzəştə getməyə müxalif ərəb qrupları da bu rejimin hərbi və təhlükəsizlik şirkətlərinin noyabrın 9-da keçirilməsi planlaşdırılan Bəhreyn Aviasiya Sərgisində iştirakını pisləyiblər.
“Əl-Xalic Anti-Təbii Koalisiyası” dörd İsrail şirkətinin bu sərgidə iştirakını pisləyib. Bu şirkətlər Hava və Kosmik Sənaye (IAI), "MPR500" raketlərinin sahibi Elbit System, Rafale şirkəti və İsrail Müdafiə Sərgisidən (ISDEF) ibarət olaraq sionist rejimin silahlarını dünyada təbliğ edən ən böyük sərgi kimi yer alır.
Adıkeçən koalisiya sionist rejimi bu şirkətlərinin Qəzzada fələstinlilərin evlərini dağıtmaq və onlarla dinc sakini öldürmək üçün döyüş təyyarələri və müxtəlif silahlar istehsal etdiyini vurğulayıb.
Bəhreyn Beynəlxalq Aviasiya Sərgisi iki ildən bir keçirilir və ilk dəfədir ki, müsəlmanların və uşaqların qatili olan sionist rejim şirkətləri bu sərgidə iştirak edir.
1896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP