Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Noyabr 2022

İordaniyalılar Fələstin müqavimətinə dəstək aksiyası keçirdilər

Minlərlə iordaniyalı cümə namazından sonra keçirilən yürüşdə iştirak edib və işğal altındakı İordan çayının qərb sahilində Fələstin müqavimətinə dəstəklərini bəyan ediblər.
İordaniyanın paytaxtı Əmmanın mərkəzində Hüseyni məscidinin qarşısından başlayan və İordaniya İslami Hərəkatının təşkilatçılığı ilə keçirilən bu yürüşdə iştirakçılar işğalçı rejimə Fələstin torpağında “milli vətən qurmaq” hüququ verən Balfur bəyannaməsini pisləyiblər.
Aksiya iştirakçıları həmçinin ərəb və beynəlxalq ictimaiyyətin Qüds və Məscidül-Əqsaya qarşı etinasızlığını, işğalçı qüvvələr və sionist mühacirlərin hər gün baş verən təcavüzlərinə laqeyd qalmalarını pisləyiblər.
“İordaniyanın qərb sahilinin şirləri və şəhidlərinə sədaqət” adı altında keçirilən bu yürüşdə iordaniyalılar hökumətdən işğalçı İsrail rejimi ilə əlaqələrini kəsməsini istəyiblər.
Onlar: “Hər kəsin Məscidül-Əqsa və Qüdsü qorumaq üçün hərəkətə keçməsinin vaxtı çatıb” deyə, səsləniblər.
Yürüşə qatılanlar Qəzzə zolağının mühasirəsində olan bölgədə və son günlər işğalçı rejim ordusunun amansız hücumlarına məruz qalan və şəhid verən Hebron, Nablus, Cenin və Qərb Sahilinin bütün şəhərlərində Fələstin müqavimət qüvvələrinə dəstək veriblər.
1370 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP