Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2022

Vaşinqton Araşdırma Mərkəzi Bəhreyn şiələrinə qarşı təzyiq və ayrı-seçkiliyi etiraf edib

Vaşinqton Araşdırma Mərkəzi elan edib: “Bəhreynin seçki prosesi Bəhreyn şiələrinin sıxışdırıldığını və ayrı-seçkiliyə məruz qaldığını göstərir.”

Vaşinqton Araşdırma Mərkəzi Bəhreyn seçkiləri ilə bağlı hesabatında Bəhreyn xalqının üçdə ikisinə qarşı şiddətli qəddarlığın olduğunu və bunun ölkənin vəziyyəti ilə bağlı şübhələr yaratdığını bildirib.

Mərkəz hesabat dərc edərək elan edib: “Seçkilərin nəticələri hökumətin sünni olaraq xarakterizə etdiyi idarə üsulunu müəyyən edəcək. Bu məsələ şiə vətəndaşların Bəhreyn sakinlərinin əksəriyyətini təşkil etdiyi bir vəziyyətdə baş tutur. Bu ölkədəki şiə müsəlmanların sayı vətəndaşların üçdə ikisini təşkil edir, amma parlamentdə bu məsələ heç bir şəkildə görünmür və üzvlərinin əksəriyyəti sünnilərdir.

Əvvəlki seçkilərdə şiə namizədlər 40 seçki dairəsindən yalnız 15-də qalib gəliblər. Hətta 2010-cu ildə şiələr siyasi güclərinin zirvəsinə çatanda seçkilərdə cəmi 18 yer qazanmışdılar.”

Bu xəbərə görə, ölkədə şiələrin siyasi görüşləri qadağan edilib, İordaniya və Pakistan qüvvələrinə və digər ölkələrə vətəndaşlıq verilməsi ilə ölkədə sünni vətəndaşların sayı artırılıb.
1138 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.10.22, 18:43
Əbdüləzim Həsəni
16.10.22, 10:55
Salavat haqqında
11.10.22, 09:38
Putin dedi ki... - Vuçiç
10.10.22, 17:07
Alman ordusu iki gün...
Go to TOP