Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2022

İraqın Ənbar şəhərində İŞİD lideri ölüb

İraqın “Əl-Məluməh” xəbər agentliyinin bildirdiyinə görə, bu ölkənin terrorla mübarizə qüvvələri “Əbu İsa” adlı İŞİD terrorçusunun öldüyünü açıqlayıb. Öldürülən terrorçu bu qruplaşmanın Ənbar vilayətində törətdiyi partlayışlara görə məsuliyyət daşıyırdı.
İraqın Terrorla Mübarizə İdarəsi verdiyi açıqlamada bildirib ki, Terrorla Mübarizə Bölməsi uğurlu bir pusquda Əl-Rəmadi şəhərinin ətraflarında tam adı Hüseyn Məhəmməd Casim əl-İsavi Əəl-Makni olan bu şəxsi mühasirəyə alıb. Özünün tam mühasirədə olduğunu görən İŞİD terrorçusu intiharçı əməliyyata əl ataraq özünü partladıb, lakin təhlükəsizlik qüvvələrindən xəsarət alan olmayıb.
Qeyd edək ki, İraqın Təhlükəsizlik Xəbərləri İnformasiya Mərkəzi bu gün yaydığı bəyanatda Neynəva əməliyyatı çərçivəsində İŞİD terrorçularına qarşı əməliyyatın səkkizinci mərhələsinin başladığını açıqlayıb.
Bəyanatda vurğulanır ki, Birgə Əməliyyat Komandanlığının planlaması və nəzarəti ilə və dəqiq məlumatlara əsaslanaraq, bu cümə axşamı səhər saatlarında İŞİD terrorçularına qarşı əməliyyatın səkkizinci mərhələsi başlayıb.
2499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.01.23, 12:42
Türkiyə ordusu itki verdi
14.01.23, 10:35
Əsgərimiz vəfat etdi
06.12.22, 09:43
Ukrayna işıqsız qaldı
Go to TOP