Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2023

BMT sionist rejimə səsləndi: Bu işinizlə qan tökülməsinə səbəb olursunuz

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bu gün (şənbə) açıqlamasında sionist rejim kabinetinin sionistlərə silah icazələrinin verilməsini artırmaq və asanlaşdırmaq qərarını tənqid edərək bu işin yalnız daha çox qan tökülməsinə səbəb olacağını vurğulayıb.
“Safa” xəbər agentliyinin verdiyi məlumata görə, bu açıqlamada bildirilir ki, belə bir qərar yalnız daha çox zorakılığa və işğal olunmuş Fələstində münaqişənin hər iki tərəfində daha çox insanın ölməsinə və yaralanmasına səbəb olacaq.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı da silah lisenziyasının artırılmasının regionda insan hüquqlarının pozulmasına gətirib çıxaracağını bəyan edib və əlavə edib: “2022-ci ildə biz İordan çayının qərb sahilində və Şərqi Qüdsdə misli görünməmiş həddə fələstinlinin qətlə yetirildiyinin şahidi olduq və bu vəziyyət 2023-cü ildə də eyni intensivliklə davam etdi.”
Bu bəyanat uşaq qatili olan sionist rejimin baş naziri Benyamin Netanyahunun ötən şənbə günü təhlükəsizlik kabinetinin iclasından sonra sionistlərə silah daşımaq üçün icazələrin verilməsinin artacağını elan etməsindən sonra verilib.
2759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP