Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Fevral 2023

Barış Atay: Ərdoğan sən qatilsən!

Türkiyədə dünən baş vermiş güclü zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Bu qarlı-yağışlı soyuq havada zəlzələdən iki gün ötməsinə baxmayaraq, hələ də dağıntılar altında qalanlar vardır. Bu arada Ərdoğan hökumətinin dağıntılar altında qalan, bu şaxtalı günlərdə evsiz-eşiksiz qalmış insanlara qarşı laqeyd hərəkətləri və səhlənkar yanaşmaları həm xalqın haqlı narazılığına səbəb olmuşdur. Belə ki, yayılan videolardan da göründüyü kimi dağıntılar altında qalmış insanların çoxu yardım olmadığına görə, soyuqdan dondaraq həyatlarını itiriblər.
Bu arada hökumətin laqeyd yanaşmasına dözməyən millət vəkili Barış Atay da səsini ucaldıb. O, Tvitter səhifəsində Ərdoğanı qatil adlandıraraq yazıb:
“Minlərlə insan dağıntılar altında qalıb, sən hələ də şəhərə girmirsən. Sən küçələrdən qarı təmizləməyə də aciz qalmısan. Yollara duz səpməyə gücün çatmır.
Hadisədən 20 saat ötür və sən axtarış əməliyyatlarını hələ də ciddi şəkildə başlamamısan. Sən insanların qatilisən!”
Türkiyə polisi isə həqiqətləri işıqlandıranları və əhalinin narazılığına aid görüntü yayanları həbs edir. Türkiyə polisi bu gün (çərşənbə axşamı) 4 nəfəri sosial şəbəklərdə zəlzələyə aid “təhrikedici” hərəkətlər etməsi iddiası ilə həbs etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə ilə yanaşı Suriyada da dəhşətli zəlzələ baş verib. Suriyanın Türkiyə ilə sərhəd bölgələri, əsasən də İdlib əyaləti Ankara işğalçıları və onlara bağlı terror qruplarının əlində olduğu üçün Suriya dövləti bu ərazilərə yardım edə bilmir. Türkiyəyə bağlı terror qruplarının da dağıntıları aradan qaldırmaq üçün lazımi infrastrukturları olmadığından insanlar dağıntılar altında qalıb. Bəzi müşahidəçilərin sözlərinə görə, “dağıntılar altında insanların səsləri eşidilir, lakin onları oradan çıxarmaq üçün yardımçı texnika yoxdur.”


2780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP