Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2023

Filippinin Qadınlar üzrə Milli Komissiyasının mədəniyyət işləri üzrə vitse-prezidenti: İranda reallıq xarici mediada göstərildiyindən çox fərqlidir

Filippinin Qadınlar üzrə Milli Komissiyasının mədəniyyət işləri üzrə vitse-prezidenti xanım Asile Limbona deyib: “Xarici mediada İran haqqında eşitdiklərimiz və oxuduqlarımız İran və xalqının reallığından çox fərqlidir. Medianın təbliğ etdiyinə inanaq olmaz. Çünki Tehrana qısa səfərimdə gördüyüm İran cəmiyyəti istiqanlı insanların olduğu qabaqcıl və dinc bir cəmiyyət idi.”

Xanım Limbona vurğulayıb: “İran cəmiyyətində qadınlar müxtəlif sahələrdə, xüsusilə elmi, mədəni və ictimai sahələrdə çox bacarıqlı və fəaldırlar. Filippin Qadınlar üzrə Milli Komissiyası İran qadın icması ilə əməkdaşlıq edərək Filippin qadın icmasına dəyərli töhfələr verə bilər.”

Qadınlar üzrə Milli Komissiyanın sədr müavini İranın müvafiq qurumları ilə müxtəlif sahələrdə, xüsusilə də təhsil-universitet sahələrində əməkdaşlığın zəruriliyini vurğulayıb və belə proqramların davamını Filippin və İran arasında əməkdaşlıqda çox səmərəli hesab edib.
2568 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP