Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Fevral 2023

Türkiyədə şiddətli zəlzələ: Kənd yerini dəyişdi - Foto

Türkiyənin Qəhrəmanmaraş vilayətində baş vermiş şiddətli zəlzələdən ziyan görən yaşayış məntəqələrindən biri də Antakyanın Dəmirkörpü kəndi olub.

Zəlzələ zamanı kənddən keçən qırılma xətti yaşayış məntəqəsinin bir hissəsini Asi çayı tərəfə sürükləyib. Evlər təxminən 3 metr dərinliyində yerin dibinə çöküb.

Bundan başqa, zəlzələ zamanı evlər təxminən 30 metr çaya tərəf sürüşüb.

Suyun səviyyəsinin qalxması ilə evlərdəki əşyalar da çaya qərq olub.

Qeyd edək ki, zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.
2828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP