Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Fevral 2023

Sionist rejimin yardım qrupu Türkiyədə əlyazmaları oğurladı – Foto

Türkiyədə sionist yardım qrupunun zəlzələ nəticəsində dağılmış sinaqoqdan əlyazmaların oğurlanması barədə qalmaqal artdıqdan sonra Təl-Əviv oğurlanmış əlyazmaları Türkiyəyə qaytarmaq məcburiyyətində qalıb.

Türkiyənin “Haber7” saytı bazar günü (19 fevral) bildirdi ki, zəlzələ zamanı Türkiyəyə göndərilən israil axtarış-xilasetmə qrupu Antakyada dağılmış sinaqoqdan Esterə aid əlyazmanın bəzi hissələrini oğurlayıb.
Bu xəbərə əsasən, zəlzələdə ciddi ziyan görən Antakya sinaqoqunun xarabalıqlarından tapılan Ester əlyazması əvvəlcə sionist axtarış-xilasetmə qrupu tərəfindən işğal olunmuş Fələstinə aparılıb, sonra sionist rejim onu Türkiyəyə qaytarıb və hazırda bu əlyazma İstanbulda baş xaxamın yanındadır.
Digər tərəfdən, Türkiyənin yəhudi azlığı da öz rəsmi Twitter səhifəsində açıqlama yayaraq bildirib: “Esterlə bağlı əlyazmalar geri qaytarılıb və baş xaxamın yanında saxlanılır.”

Sionist “Yediot Aharanot” qəzetinin məlumatına görə, bu nüsxələri işğal olunmuş Fələstin ərazilərinə aparan “Zaka” kimi tanınan sionist yardım və xilasetmə təşkilatının könüllü qüvvələrinin mayoru Haim Utmazjin iddia edir ki, bu tarixi əlyazmanı sinaqoqun xarabalıqları altında tapmış yaşlı bir yerli şəxsdən alıb.

Türkiyə vətəndaşlarının sərt reaksiyasından sonra Türkiyənin yəhudi azlığı bu əlyazmanı sionist rejimdən geri qaytarıb.

Bu, sionist rejimin yardım və xilasetmə qrupunun Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım zamanı ilk qalmaqalı deyil. Belə ki, bu komanda öz canlarından qorxaraq müdafiə bəhanəsi ilə bir neçə sionist hərbçini Türkiyəyə aparmışdı, lakin Türkiyə hakimiyyəti bu hərbçiləri ölkəyə daxil olan kimi tərksilah etmişdi.
“Yediot Aharanot” qəzeti qeyd edib ki, bu hərbi bölmə Türkiyəyə daxil olan kimi silahlarını Türkiyə tərəfinə təhvil vermək məcburiyyətində qalıb. Türkiyə rəsmiləri vurğulayıblar ki, bu hərbçilər ölkənin zəlzələdən zərər çəkmiş bölgələrində fəaliyyət göstərən dünya üzrə yardım qrupları arasında silah daşıya bilməzlər. israilin Ankaradakı səfirliyinin rəsmiləri Türkiyə tərəfini bu hərəkətdən çəkindirməyə çalışıblar, lakin Türkiyə hökuməti sionist rejimin tələbinə eyni cavabı təkrarlayıb.


3561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP