Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Fevral 2023

İran Suriya, Rusiya və Türkiyə xarici işlər nazirlərinin birgə görüşü baş tuta bilər

Rusiya xarici işlər nazirinin müavini və Vladimir Putinin Qərbi Asiya regionu üzrə xüsusi nümayəndəsi Rusiya, İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin dördtərəfli görüşünün mümkünlüyünü bildirib.
Mixail Buqdanov “Sputnik”-ə müsahibəsində deyib: “Ankara və Dəməşq arasında mümkün razılaşmaların əldə olunması üçün İran, Türkiyə, Suriya və Rusiya xarici işlər nazirləri arasında dördtərəfli görüşün keçirilməsinin mümkünlüyü araşdırılır. İran da danışıqlar prosesinə qoşulmaq istədiyini bildirib. Hazırda İranın iştirakı ilə xarici işlər nazirləri səviyyəsində dördtərəfli görüşün keçirilməsi üsulu nəzərdən keçirilir. Hamımızın Suriyadakı vəziyyəti həll etmək və Yaxın Şərq regionunda vəziyyəti sabitləşdirmək üçün ortaq məqsədimiz var.”
M. Buqdanov müsahibəsində Suriya və Türkiyənin təhlükəsizlik və diplomatik rəsmilərinin görüşlərinə toxunaraq vuğulayıb ki, bu təmaslar Suriya ilə Türkiyə arasında danışıqların şərtlərini müəyyən etmək məqsədi daşıyır və gələcəkdə mümkün razılaşmalara yol aça bilər.
3512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP