Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2023

ABŞ-ın təzyiqinə məhəl qoyulmadı, İran gəmiləri Rio-de-Janeyroya gəldi

Amerikanın təzyiqinə məhəl qoymayan Braziliya hökuməti iki İran gəmisinin Rio-de-Janeyro limanında yan almasına icazə verdi.
Beynəlxalq xəbər mənbələri bu gün bildiriblər ki, Braziliya prezidenti Luis İnasiu Lula da Silva hökumətinin icazəsi ilə iki İran gəmisi Rio de Janeyro limanına yan alıb.
“Reuters” xəbər agentliyi Rio-de-Janeyro limanındakı məsul qurumun bəyanatına istinadən yazıb ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Makran" və "Dana" adlı iki gəmi bazar günü limana daxil olub.
Reuters bundan əvvəl məlumat vermişdi ki, Braziliya öz prezidentinin Vaşinqtona səfəri ərəfəsində Amerikanın təzyiqinə təslim olub və yanvarın sonunda İranın bu gəmilərin limanda yan almaq istəyini rədd edib.
Reuters yazır ki, İran gəmilərinin Braziliya sahillərində mövcudluğu ABŞ üçün təhrikedici addım sayılır. Ona görə də fevralın 15-də ABŞ-ın Braziliyadakı səfiri Elizabet Bagley mətbuat konfransında Da Silva hökumətindən İran gəmilərinin ölkəyə girişinə icazə verməməyi xahiş etmişdi.
Lakin Braziliya hökuməti ABŞ diplomatları, senatorları və digər rəsmilərinin çağırışlarına məhəl qoymadan İranın döyüş gəmilərinin Rio-de-Janeyro limanında yan almasına icazə verdi.
İranla diplomatiya Lulanın əvvəlki prezidentlik müddətində Braziliyanın beynəlxalq mövqelərini gücləndirmək vədlərindən biri olub.
Lula 2010-cu ildə İranın o zamankı prezidenti Mahmud Əhmədinejadla görüşmək və İranla əməkdaşlıqları gücləndirmək üçün Tehrana səfər etmişdi.
3531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.06.23, 10:00
Gəncə sakini intihar etdi
29.05.23, 10:03
Qubada dəhşətli hadisə
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
Go to TOP