Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2023

Putini nüvə silahlarını...

Rusiya Prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı bəyanatı Almaniya hökumətinin tənqid və ittihamlarına səbəb olub.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Nazirlik Putinin dünənki açıqlamasını Rusiya tərəfdən növbəti nüvə təhdidi adlandırıb:

“Prezident Putinin NATO-nun nüvə qüvvələrinin yerləşdirilməsi ilə bağlı apardığı müqayisə yalnışdır və Rusiyanın açıqladığı addımı əsaslandırmaq üçün istifadə edilə bilməz. Bundan başqa, Belarus beynəlxalq səviyyədə nüvə silahından azad ölkə olmaq öhdəliyini üzərinə götürüb”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Moskva və Minskin START müqaviləsi üzrə öhdəliklərini pozmadan Belarusda taktiki nüvə silahlarını yerləşdirməyə razılaşdıqlarını demişdi.
3055 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP