Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2023

İraq: Türkiyə rəsmi şəkildə üzr istəməlidir

İraqın Prezident Aparatının Ofisi bu gün (8 aprel, şənbə) bəyanat yayaraq, Süleymaniyyə Beynəlxalq Hava Limanına hücumu pisləməklə yanaşı, Türkiyə hökumətindən bunun məsuliyyətini qəbul etməsini və rəsmi şəkildə üzr istəməsini tələb edib.
İraq hökumətinin “VAA” rəsmi xəbər agentliyinin bildirdiyinə görə, bəyanatda deyilir: “Türkiyənin Kürdüstan bölgəsinə qarşı təkrar hərbi əməliyyatlarını –hansı ki, bunlardan sonuncusu Süleymaniyyə Hava Limanının bombalanması idi, pisləyirik.”
Bəyanatın davamında bildirilir: “Türkiyə qüvvələrinin müxalifət qüvvələrinin olması bəhanəsi ilə vətəndaşlara hücumu davam etdirməsi və onlarda qorxu yaratmasının heç bir hüquqi əsası yoxdur.”
Bağdad hökuməti vurğulayıb: “Türkiyə hökumətindən tələb edirik ki, məsuliyyəti qəbul etmsin, rəsmi şəkildə üzr istəsin və bu hücumları dayandırsın.”
Qeyd edək ki, dünən İraqın Süleymaniyyə Hava Limanına dron hücumu edilib.
3145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 13:41
28.03.24, 09:28
Putin: Əgər F-16...
20.03.24, 09:23
Bayramınız mübarək
Go to TOP