Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2023

İran BRİKS-ə qoşulur; Qərbə güclü alternativ

İran və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaq yolunda ikən bu alyans qərbə güclü alternativ kimi qeyd olunur.
BRİKS-ə üzv ölkələr Cənubi Afrikada görüş keçirməyə hazırlaşdığı bir vaxtda 19 ölkə bu birliyə qoşulmağa maraqlı olduğunu bildirib.
“LiveMint” saytının çərşənbə sayında verdiyi məlumata görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika da daxil olmaqla BRİKS ölkələri bu ittifaqın genişləndirilməsini müzakirə etmək üçün iyunun 2-3-də Keyptaunda görüşəcəklər.
Bu qrupdakı Cənubi Afrika təmsilçisi Anıl Soklal deyib: “Müzakirə olunacaq mövzu BRİKS-in genişlənməsidir. On üç ölkə üzv olmaq üçün rəsmi, daha altı ölkə isə qeyri-rəsmi müraciət edib. Hər gün müraciətlər alırıq.”
İran, Ərəbistan, Argentina, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Misir, Bəhreyn, İndoneziya BRİKS-ə qoşulmaq istəklərini bildiriblər. Beş üzv ölkənin xarici işlər nazirlərinin hamısı iyun danışıqlarında iştirak edəcəklərini təsdiqləyiblər.
Dünya iqtisadiyyatının təxminən beşdə birini təşkil edən BRİKS qərbə güclü yeni alternativ kimi meydana çıxıb. Hazırda BRİKS-in beş üzvü qlobal ticarətə 16 faiz, qlobal ÜDM-ə isə təxminən 24 faiz töhfə verir.
BRİKS 2009-cu ildə yaradılıb. Bu koalisiyaya çinyönlü ölkələr qəbul edilərsə, bu, qərb üçün təhlükə sayılacaq. Çinin ÜDM-i BRİKS-in digər dörd üzvünün cəmindən iki dəfə çoxdur.
İran ötən il BRİKS-ə üzv olmaq üçün rəsmi müraciət edib. Enerji ehtiyatları ilə zəngin olan İran və Səudiyyə Ərəbistanının BRİKS-ə birləşməsi bu qrupun enerji resurslarında payını xeyli artıracaq və geosiyasi təsirlər göstərə bilər.
1358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.23, 09:43
Qobustanda 5 nəfər öldü
01.04.23, 10:55
Bayden yenə də...
20.03.23, 12:52
Bank işçisi intihar etdi
Go to TOP