Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2023

Ərəbistan şahı Bəşər Əsədi Ərəb Liqasının iclasında iştiraka dəvət etdi

Suriyanın Prezident Aparatı çərşənbə günü elan edib ki, Suriya prezidenti Bəşər Əsəd mayın 19-da Ciddədə keçirilməsi planlaşdırılan Ərəb Liqasının sammitində iştirak etmək üçün Səudiyyə şahı Salman bin Əbdüləzizdən rəsmi dəvət alıb.

Daha əvvəl bəzi mənbələr Bəşər Əsədin Ərəb Liqasının iclasından əvvəl Səudiyyə Ərəbistanına səfər edəcəyi barədə məlumat yaymışdı.

Ötən bazar günü Ərəb Dövlətləri Liqası Şurası Misirin xarici işlər naziri Sameh Şukrinin sədrliyi ilə nazirlər səviyyəsində fövqəladə iclas keçirərək, Suriyadakı hadisələri və bu ölkənin Ərəb Liqasına qayıtması məsələsini müzakirə etdi. Bir neçə saat sonra İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd Əl-Səhhaf bəyan etdi ki, ərəb ölkələrinin xarici işlər nazirləri Qahirədə keçirdikləri görüşdə Dəməşqin Ərəb Liqasındakı yerinə qaytarılması ilə bağlı konsensus əldə ediblər.

Çərşənbə axşamı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Suriya ilə münasibətləri tam bərpa etmək üçün ölkənin yeni tədbirlər gördüyünü açıqlayıb.

Ərəbistanının XİN-i öz Twitter səhifəsində yazıb: “Səudiyyə Ərəbistanı ilə Suriyanın qardaşlıq bağını nəzərə alaraq və birgə ərəb fəaliyyətlərini genişləndirmək, regionda təhlükəsizlik və sabitliyi gücləndirmək istəyinə uyğun olaraq, Səudiyyə Ərəbistanı (Suriyada) diplomatik missiyasını bərpa etmək qərarına gəlib.”
1952 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP