Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2023

ABŞ-ın beyin mərkəzi: Tehranı dayandırmaq siyasəti iflasa uğradı

Fars körfəzi İranın nəzarəti altındadır
Fars körfəzi İranın nəzarəti altındadır

Kaliforniya ştatının Stenford Universitetində yerləşən “Huver” tədqiqat müəssisəsi öz təhlilində İran İslam Respublikasını ABŞ-ın “ram olmayan düşməni” adlandıraraq yazıb: “İranı dayandırmaq siyasəti iflasa uğradı.”

Beyin mərkəzi yazıb: “İranın dinə əsaslanan hökuməti Amerikanın sarsılmaz düşmənidir. Bir neçə onilliklər ərzində ABŞ-ın əsas siyasəti Fars körfəzi regionunda dominant gücə çevrilmək istiqamətində siyasi təzyiq, fitnə və proksi qüvvələrdən istifadə etməklə İranın qabiliyyətini cilovlamaqdan ibarət olmuşdur.
2018-ci ildən bəri sanksiyalar İranın nüvə silahı proqramını dayandırmaq üçün neft ixrac etməsinə mane olmağa cəhd etdi, lakin bu cilovlama siyasəti çökməkdədir.”

Beyin mərkəzi bildirib ki, 2020-ci ildə sanksiyalara baxmayaraq, İran neftini daşıyan xarici gəmilərin sayı 70 gəmi idisə, bu gün 322 gəmi bunu həyata keçirir.

Hesabatda vurğulanır ki, 4 il əvvəl bu naməlum gəmilərin ixrac etdiyi İran neftinin miqdarı gündə 500 min barel idisə, 2023-cü ildə bu rəqəm iki dəfə, yəni sutkada 1 milyon barel artıb.

Huver analitik mərkəzi daha sonra qeyd edir ki, İran ABŞ-ın onun neft daşımalarına həbs qoyulması ilə bağlı hərəkətini kompensasiya edib. 2022-ci il martın 10-da ABŞ İranın təxminən 38 milyon dollar dəyərində iki neft yükünü ələ keçirdi; aprelin 27-də İran cavab addımı ataraq (ABŞ-ın) təyyarədaşıyan gəmi ölçüsündə bir supertankerini ələ keçirdi. İranın ələ keçirdiyi tanker 1,5 milyon barel xam neft daşıyırdı ki, bu da bir il əvvəl ABŞ-ın ələ keçirdiyi neft yükünün dəyərindən üç dəfə çox idi.

Bu analizə görə, sözügedən gəmi Küveytdən alınmış nefti daşıyırmış və Hyuston əyalətinə çatdırılmalı imiş. Supertanker İran tərəfindən ələ keçirildi və dövlət televiziyası tərəfindən göstərildi.

Beyin mərkəzi hesabatının sonunda yazıb: “Son yeddi onillik ərzində hərbi dəniz qüvvələrimiz beynəlxalq sularda ticarətin və təhlükəsiz keçidin təminatçısı olmuşdur. Amma hal-hazırda donanmamız İranın açıq addımlarına qarşı heç bir iş edə bilmir. İran Fars körfəzinə nəzarəti ələ keçirib.”

Qeyd edək ki, bu gün ABŞ Senatının Təxsisatlar Komitəsinin dinləmələri zamanı Konqresin baş qanunverici üzvü Qrem Lindsi ticarət naziri Gina Raimondodan soruşub:
- İran tamamilə sanksiyalar altındadır, elə deyilmi?
Gina Raimondo: - Bəli.
- İranın neft gəlirlərinin keçən ay 20% artdığını bilirdinizmi?
- Mən bilirəm ki, artıb.

Senator dinləmədə iştirak edənlərə üzünü tutaraq ABŞ-ın İran qarşısında aciz qalması səbəbini və hökumətin bunun qarşısında heç bir iş edə bilməmələrini soruşaraq deyib: - Hər ay 20% (İran neftinin gəliri) artır, niyə?
1660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP