Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2023

Nüvə müharibəsinin təbilləri yenidən çalınır - Quterreş

Bəzi ölkələr nüvə silahından istifadə ehtimalı ilə hədələdiyindən, nüvə müharibəsinin kölgəsi dünyanı yenidən bürüyüb.

Bu barədə BMT Baş katibi Antonio Quterreşin Yaponiyada ABŞ-ın Xirosimaya atom bombası atmasının 78-ci ildönümünə həsr olunmuş anım tədbiri ilə bağlı müraciətində qeyd olunub.

“Nüvə müharibəsinin təbilləri yenidən çalınır. Etibarsızlıq və fikir ayrılıqları güclənir. Soyuq müharibə illərində dünyanın başının üstünü almış nüvə kölgəsi yenidən üzə çıxıb və bəzi ölkələr yenidən ehtiyatsızlıqdan nüvə qılıncını cingildədir, bu məhvetmə vasitəsindən istifadə etməklə hədələyir”, - baş katib bildirib.

Quterreş bütün ölkələri bir daha nüvə silahından tam imtina etməyə çağırıb.

Onun sözlərinə görə, nüvə tərk-silahı BMT-nin əsas məqsədlərindən biridir.
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP