Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2023

Xarici KİV-lər artıq Ərbəin yürüşünü işıqlandırmağa başlayıb

İmam Hüseyn (ə) zəvvarlarının dünyanın ən böyük dini mərasimi olan Ərbəin yürüşünü başlaması ilə eyni zamanda ərəb və xarici medialar Ərbəin mərasimi ilə bağlı xəbərləri işıqlandırmağa başlayıblar.
Bu, ilk dəfədir ki, medialar Ərbəin mərasimini bir neçə gün əvvəldən əks etdirməyə başlayıb. Əvvəllər onlar yalnız Səfərin 20-də (Ərbəin günü) bu mərasimlə bağlı xəbərləri işıqlandırmaqla kifayətlənirdilər.
KİV-lər artıq İraqın Bəsrə vilayətindən Kərbəlaya zəvvarların yürüşünün başladığını xəbər verərək bildiriblər: “İraqın ən ucqar bölgəsi Ras əl-Bişədən olan şiə zəvvarlar Ərbəin mərasimində milyonlarla digər zəvvarlara qoşulmaq üçün qızmar günəşin altında piyada yola düşüblər.”
Bir sıra xarici medialar “2023-cü ilin Ərbəin mərasimi nə vaxt başlayır?” başlığı ilə xəbərlər dərc edərək, dünyanın hər yerindən gələn zəvvarların keçirdiyi bu xüsusi milyonluq mərasimin vaxtı barədə oxucularını məlumatlandırıb.
Bu xəbər agentlikləri vurğulayıblar: “Ərbəin yürüşü şiələrin mühüm mərasimlərindən biridir. Belə ki, şiə müsəlmanlar bu mərasimi keçirirlər, milyonlarla zəvvar Ərbəin yürüşü olaraq Kərbəlaya doğru hərəkət edir və İmam Hüseynin (ə) hərəmində Kərbəla faciəsinin 40-cı gün mərasimini keçirirlər.”
2007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP