Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2023

Ya Ukraynanı məhv edəcəyik, ya da... - Medvedyev

İndiki Kiyev rejimi tamamilə devrilməyənə qədər Rusiya dayanmamalıdır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Teleqram kanalında yazıb.

“İstənilən əks-hücum məhv ediləcək. Ölülər dəfn olunacaq, yaralar sarılacaq. Ancaq indiki, mahiyyət etibarı ilə terrorçu olan Ukrayna dövləti tamamilə darmadağın olunmayana qədər dayanmamalıyıq. Külünə qədər məhv edilməlidir. Daha doğrusu, ondan kül də qalmamalıdır”, - Medvedev qeyd edib.

Medvedyev bildirib ki, bu, illər, hətta yüzillər tələb edə bilər, ancaq Rusiyanın başqa seçimi yoxdur:

“Ya Rusiya Federasiyası düşmən siyasi rejimi məhv edəcək, ya da kollektiv Qərb Rusiyanı parça-parça edəcək və onunla birlikdə məhv olacaq”.
2007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP