Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2023

Zakir Həsənovla Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə edib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.
1675 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP