Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2023

Liviyada qəzəblənmiş xalq sionist rejimin bayrağını yandırdı

Liviya xalqı nümayiş keçirərək Liviya Milli Birlik Hökumətinin xarici işlər naziri ilə onun sionist “həmkarı” Eli Koen arasında görüş keçirməsini pisləyib.

Eli Koen bazar günü Əl-Manquşla görüşü barədə məlumat verib və bu görüşün ötən həftə İtaliyanın paytaxtı Romada baş tutduğunu bildirib.

Əz-Zaviyə və Tacura şəhərlərində nümayişçilər sionist rejimin bayrağını yandırıblar və bu görüşü xəyanət adlandırıblar.

“Əl-Mayadin” telekanalının bildirdiyinə görə, Liviyanın “Əl-Ədalat və Əl-Bəna” (Ədalət və Quruculuq) partiyası da Koen və Əl-Manquşun görüşünü pisləyib və Əl-Mənquşun dərhal vəzifəsindən uzaqlaşdırılmasını tələb edib.

Həmçinin Liviya Hökumətinin Ali Şurasının keçmiş rəhbəri və bu ölkənin mühüm siyasətçilərindən biri olan Xalid əl-Məşri Koen və Əl-Monquşun görüşünə münasibət bildirərək bu hökumətin devrilməsinin vacibliyini vurğulayıb.

O əlavə edib: “Bu hökumət bütün dini, milli və hüquqi sərhədləri tapdalayıb.”
Anadolu xəbər agentliyinin məlumatına görə, Liviyanın müxtəlif şəhərləri və Tripolinin bəzi bölgələrində kütləvi etiraz aksiyaları davam edir. Bəzi etirazçılar ötən gecə Liviya Xarici İşlər Nazirliyinin binasına daxil olaraq binanın qarşısındakı baryerləri yandırıblar. Eyni zamanda çoxlu sayda insan əllərində Fələstin bayrağı ilə: “Canımızı və qanımızı sənə fəda edirik ey Fələstin” kimi şüarlar səsləndiriblər.

Bu ölkənin ən ali dini qurumu kimi “Liviya Fətva Evi” təşkilatı ölkənin Milli Birlik Hökumətinin baş nazirindən Nəcla əl-Mənquşu vəzifədən uzaqlaşdırmağı tələb edib.
3588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP