Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2023

Liviyanın xarici işlər naziri ölkədən qaçdı

Liviya Milli Birlik Hökumətinin xarici işlər nazirinin sionist “həmkarı” ilə görüşdüyü üçün Liviya və bir sıra İslam ölkələrində etirazların davam etdiyi bir şəraitdə bəzi media mənbələri Liviyanın xarici işlər nazirinin ölkəsini tərk etdiyini bildiriblər.
“The New York Times” qəzeti, eləcə də “Əl-Vəsət Libi” saytı ayrı-ayrı xəbərlərdə Milli Birlik Hökumətinin xarici işlər naziri Nəcla əl-Mənquşun ölkəsindən qaçaraq Türkiyəyə getdiyini bildirib.
Milli Birlik Hökumətinin xarici işlər nazirinin köməkçilərindən biri bildirib ki, bazar ertəsi Liviyada Nəcla əl-Munquşun israilli “həmkarı” ilə Romada qeyri-rəsmi görüşü barədə xəbərin dərc olunmasının ardınca mübahisələrin qızışdığı bir vaxtda o, “təhlükəsizliyi ilə bağlı narahatlığına görə Türkiyəyə qaçıb.”
Salmin Əsəd bir açıqlamada onun ölkədən qaçması haqda deyib: “Liviya xalqı qəzəblənmişdi.”
“Əl-Vəsət Libi” saytının bildirdiyinə görə, Nəcla əl-Mənquş Liviya Daxili Təhlükəsizlik Agentliyinin köməyi ilə hökumət təyyarəsi vasitəsilə Tripolidən İstanbula qaçıb.
Sözügedən görüş ifşa edildikdən və bu hadisələrin ardınca Liviya Milli Birlik Hökumətinin rəhbəri Nəcla əl-Mənquşu tutduğu vəzifədən uzaqlaşdırıb və araşdırma üçün monitorinq təşkilatlarına təqdim edib.
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP