Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2023

Sionist rejim rəhbərindən etiraf: Böhranın pik həddindəyik

Sionist rejimin başçısı İshaq Hersoq dünən (çərşənbə günü) “məhkəmə dəyişiklikləri” qanun layihəsi ilə bağlı çıxışında bu planın nəticələri barədə bir daha xəbərdarlıq edərək sionist rejimin heç vaxt daxili səviyyədə belə bir böhranın şahidi olmadığını etiraf edib.

Hersoq Qüdsü işğal etmiş qaniçən rejimin keçmiş rəhbəri Şimon Peresin ildönümü mərasimində deyib: “9 aydır ki, “İsrail” iqtisadiyyat və təhlükəsizlik üçün bir çox nəticələri olan hüquqi böhranın dərinliyindədir.”
Uşaq qatili olan rejimin “prezidenti” böhranın həlli üçün nazirlər kabineti ilə müxalif siyasi qruplar arasında aparılan danışıqları nəticəsiz hesab edib, tərəfləri daha çox müzakirə etməyə və bir-birini dinləməyə çağırıb.
İndiyədək Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya ilə müxalifət liderləri Yair Lapid və Benni Qantsın rəhbərlik etdiyi müxalifət koalisiyası arasında Hersoqun vasitəçi olduğu bir neçə raund danışıqlar aparılıb, lakin heç bir nəticə əldə olunmayıb.
3334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
05.09.24, 09:00
Kiyev dronlarla vurulur
Go to TOP