Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2023

Netanyahunu dəstəkləyən sürücü avtomobillə nümayişçilərin üstündən keçdi

Sionist rejim mediaları Netanyahuya qarşı ümummilli etirazların 9 aydan çoxdur ki, davam etdiyini bildirib və kütləvi etirazların 36-cı həftəsində Netanyahu tərəfdarı olan bir sionistin avtomobili nümayişçilərin üzərinə sürdüyü və bir neçə nümayişçini yaraladığını göstərən video yayımlayıb.

Sionist mənbələrin sosial şəbəkələrdə bununla bağlı yaydıqları videoda görünür ki, Netanyahu tərəfdarı olan bir sionist Təl-Əviv küçələrinin birində avtomobili Netanyahunun məhkəmə islahatı planına etiraz edən kütlənin üzərinə sürərək bir neçə nəfəri yaralayıb.

“Haaretz” qəzeti səhiyyə mənbələrinə istinadən bildirib ki, bu avtomobil hücumundan sonra Netanyahuya etiraz edən ən azı 5 aksiya iştirakçısı yaralanıb və onlar xəstəxanaya aparılıb.

Sürücünün bu gün azadlığa buraxıldığı bildirilir.
3247 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.24, 11:21
Türk ordusu itki verdi
Go to TOP