Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2023

Sionistlər də Netanyahudan bezib: Onu baykot edin

Minlərlə israilli alim və mədəniyyət xadimi ABŞ prezidenti Co Bayden və BMT-nin baş katibi Antonio Quterreşdən gələn həftə ABŞ-a səfəri zamanı sionist rejimin baş naziri Binyamin Netanyahu ilə görüşü baykot etməyi tələb edib. Bu çağırış sionist rejimin ifrat sağçı kabineti ilə sionist rejimin sadə əhalisi arasındakı fərqi ifadə edir.

“Jerusalem Post” qəzetinin məlumatına görə, açıq məktubda sionist yazıçı David Qrossman və israilli fəal Tamar Geter də daxil olmaqla, 3500-dən çox imzaçı şəxs Bayden və Quterreşdən Netanyahu ilə görüşməkdən və ya onu dünya liderlərinin iştirakı ilə BMT-nin Baş Assambleyasının illik iclasında çıxış etməyə dəvət etməkdən çəkinməyi xahiş edib.

Bu açıq məktubda deyilir: “Netanyahu vətəndaşları bir-birinə qarşı qızışdırır, ölkənin təhlükəsizliyini və iqtisadiyyatını təhdid edir, “İsrail”i parçalayan tarixi münaqişələrə arxa çevirib.”
Bu xəbərə görə, Netanyahunun ABŞ-a səfərinin ictimai cədvəlində hələ Baydenlə Ağ Evdə görüş nəzərdə tutulmayıb.

Bayden bu ilin əvvəlində Netanyahu ilə “qısa müddətdə” görüşmək planının olmadığını bildirib.
Ötən il qondarma rejimin başına gəlmiş Netanyahunun ABŞ hökuməti ilə münasibətləri qaranlıqdır.
Ötən həftə sionist pilotlar da Netanyahunu ABŞ-a aparmaqdan imtina etmişdi.
2782 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP