Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2023

Dəməşq: Türkiyə işğalçılığı qaçqınların geri qayıtmasına mane olur

Suriyanın xarici işlər naziri Feysəl Miqdad cümə axşamı livanlı həmkarı Abdullah Buhəbib ilə telefon danışığı zamanı bildirib ki, Dəməşq Livandakı suriyalı qaçqınların ölkəyə qayıtmasını alqışlayır və onlara lazımi şərait yaradır.

Suriyanın rəsmi xəbər agentliyi “SANA”-nın yazdığına görə, Suriya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Abdullah Buhabib və Feysəl Miqdad arasında telefon danışığının baş tutduğunu bildirib. Bəyanata əsasən, bu danışıqda tərəflər suriyalı qaçqınların geri qayıtması üçün şərait yaradılmasından danışıblar.

Feysəl Miqdad bu telefon danışığında Livan və Suriya arasında tarixi əlaqələrin mövcudluğunu vurğulayıb və qaçqınların ölkəyə qayıda bilməməsinin səbəbini açıqlayaraq deyib: “Qaçqınların geri qayıtmasına əsas maneə Türkiyə və Amerikanın Suriyanın bəzi bölgələrində işğalı davam etdirmələri və bu ölkənin sərvətlərini talamalarıdır.”
3176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP