Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2023

Səbra və Şatila qətliamı sionist rejimin qaniçənliyinə sübutdur

Fələstin İslami Cihad Hərəkatı şənbə günü sionist rejimin Livandakı “Səbra və Şatila” qaçqın düşərgələrində törətdiyi cinayətin 42-ci ildönümü ilə bağlı bəyanat yayıb və bu rejimlə mübarizənin davam etdiyini vurğulayıb.

Səbra və Şatila Livanın cənubundakı fələstinli qaçqınlar üçün 12 düşərgədən ikisi idi. 1982-ci il sentyabrın 16-dan 18-dək sionist rejim bu düşərgələrdə kütləvi qırğınlar həyata keçirib. Onun qurbanlarının sayının iki min nəfərdən çox olduğu açıqlanıb. Bəzi mənbələr hətta qurbanların sayını üç ilə beş min arasında olduğunu bildirirlər.

İslami Cihad Hərəkatı özünün Telegram kanalında yazıb: “Fələstin xalqı adına vurğulayırıq ki, Fələstin torpaqlarının azad edilməsi və qaçqınların geri qaytarılması yolunda mübarizə davam edəcək. Çünki Fələstin xalqı Səbra və Şatila qətliamını və Fələstin xalqına təcavüz olunması cinayətini unutmayacaq və bağışlamayacaq.”

Bəyanatda bildirilir: “Qadın, kişi və uşaqların öldürülməsi səhnələri yaddaşlardan silinməyəcək, sionist rejimin məhv edilməsi və israilli qatillərdən intiqam alınamsı bu cinayətin bədəli olacaq.”

İslami Cihad ötən illərdə beynəlxalq susqunluğu və digər ölkələrin sionist rejimlə şərikliyini pisləyərək vurğulayıb: “Səbra və Şatila qətliamı bu qəsbkar rejimin qaniçənliyinə və ondan asılı olan muzdluların rəzilliyinə bir sübut olaraq qalacaq. Bu hadisəni törədənlər xalqımız tərəfinədən təqib olunacaq və zamanın keçməsi ilə onların cinayətləri unudulmayacaq.”

40 il bundan əvvəl törədilən Səbra və Şatila qətliamı sionist rejimin o vaxtkı müharibə naziri Ariel Şaronun göstərişi əsasında sionist hərbçilər və Livanın falanj qüvvələri tərəfindən həyata keçirilib. Ölənlərin əksəriyyəti qadınlar, uşaqlar və qocalar olub.
2839 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP