Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2023

Ərdoğan: Dəhlizin İrandan keçməsi mümkündür

Türkiyə prezidenti Naxçıvana səfərinin sonunda İranın Zəngəzur dəhlizi ilə bağlı ideyasını qəbul edərək bildirib: Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olarsa, dəhlizin İrandan keçməsi mümkündür.

Rəcəb Tayyib Ərdoğan Naxçıvandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb və gün ərzində baş verənləri dəyərləndirib.

O, Zəngəzur və Laçın dəhlizlərinə toxunaraq deyib: “Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Həmişə müharibə şəraitində olacaq dəhliz haqqında düşünmək mümkün deyil.”

Ərdoğan əlavə edib: “Zəngəzur dəhlizinin açılması üçün lazımi səyləri göstərəcəyik. Zəngəzur dəhlizinin yaradılması ölkələrə və regionun təhlükəsizliyinə fayda verəcək.”

O, Zəngəzur dəhlizi ilə bağlı bunu da vurğulayıb ki, Bakı-Tehran xəttində tendensiya daha müsbətdir və mühüm hadisələr baş verə bilər.

Türkiyə Prezidenti Qarabağdakı proseslərə işarə edərək deyib: “Azərbaycanın tabeliyində olan Xocalı və Qarabağ üçün sülh və əmin-amanlıq vaxtı gəlib çatıb. Ermənistanın da vəzifəsi regionda sülhün qorunmasına kömək etməkdir.”/irna/
2314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP